Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pakistan səfiri: -“Azərbaycan Cammu və Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib”

“Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyini cəsarətlə dəstəkləyib”.

Yenixeber.org: Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş tədbirdə deyib. 

Səfir bildirib ki, işğal olunmuş Cammu və Kəşmirdə baş verənlərlə bağlı azərbaycanlılar məlumatlıdır və bu məsələyə həssas yanaşırlar: “Azərbaycan hökuməti və xalqı Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyini cəsarətlə dəstəkləyib, bu məsələdə bütün beynəlxalq platformalarda Pakistanın yanında olduğunu bəyan edib. Azərbaycan Kəşmir münaqişəsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatındakı Komitənin aktiv üzvüdür. Bu dəstək üçün Azərbaycana dərin təşəkkür edirik”.

Pakistanlı diplomat qeyd edib ki, kəşmirlilər təxminən 70 ildir qapalı şəraitdə yaşayır: “Onların ən fundamental haqları belə məhdudlaşdırılıb. Son illərdə minlərlə kəşmirli öldürülüb, həbs olunub, təzyiqlərə məruz qalıb və bu dövrümüzün ən böyük faciələrindən biridir”. 

Hayee əlavə edib ki, Pakistan və Azərbaycan xalqları bir-birini, iki xalqın yaşadığı dramı, işğalın nə olduğunu yaxşı başa düşür: “Çünki Azərbaycanın torpaqları da illərlə işğal altında olub. İllərlə danışıqlar davam edib. Nəhayət azərbaycanlılar həyatını qurban verərək bu torpaqları işğaldan azad edib. Ümid edirik ki, yaxın gələcəkdə azadlığın, işğalın sona çatmasının sevincini kəşmirlilər də yaşayacaq”.

Cammu və Kəşmir münaqişəsinin qlobal təhlükəsini qeyd edən səfir deyib ki, Pakistan və Hindistan böyük ölkələrdir və hər iki ölkə nüvə ölkəsidir.

“Biz hər hansı toqquşmanın necə nəticələnə biləcəyi barədə beynəlxalq ictimaiyyəti həmişə məlumatlandırırıq”, B. Hayee vurğulayıb.

Tədbirdə Pakistan Prezidenti Arif Alvi, ölkənin Baş naziri İmran Xan və xarici işlər naziri Şah Mahmud Qureyşinin Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş müraciətləri oxunub, Cammu və Kəşmir münaqişəsi ilə bağlı sənədli film nümayiş olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam