Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Çin koronavirusun mənşəyinə dair araşdırmalardan imtina edib-SƏBƏB

Çin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun mənşəyi ilə bağlı araşdırma prosesinin bərpası barədə təklifini rədd edib. Çin hakimiyyəti virusun necə meydana gəldiyinə dair siyasiləşdirilmiş deyil, elmi versiyaları dəstəklədiklərini vurğulayıb.

Yenixeber.org: Bu barədə “France-24” telekanalı məlumat yayıb.

Avqustun 12-i, cümə axşamı, ÜST Çini COVID-19 virusuna yoluxmanın ən erkən faktları ilə bağlı xam məlumatları paylaşmağa çağırıb. Təşkilatın mütəxəssislərinin fikrincə, məhz bu tədbir 4 milyon insanın həyatına son qoyan və hazırda bütün dünya iqtisadiyyatını iflic vəziyyətinə gətirən xəstəliyin əsl səbəblərini öyrənməyə kömək edə bilər.

Çin, 2021-ci ilin yanvar ayında ÜST ilə birlikdə aparılan araşdırmaların kifayət olduğunu söyləyərək, təklifi rədd edib. Çin hakimiyyəti yeni bir araşdırma aparmaq niyyətində deyil, çünki bu təklif  “yalnız siyasətdən irəli gəlir”.

“Biz bu məsələnin siyasiləşdirilmiş mövqeyini yox, məsələnin elmi nöqteyi nəzərdən araşdırılmasını istəyirik. Bu araşdırma təklifini biz rədd edirik ”, - Çin Xarici İşlər nazirinin müavini Ma Çjaosüy deyib.

Çinin koronavirusun əsl səbəblərini müəyyən etmək üçün beynəlxalq birliklə əməkdaşlıq etməkdən imtina faktı fonunda bir sıra siyasətçilər və mütəxəssislər getdikcə xəstəliyin daha çox laborator mənşəli versiyasına inanmağa başlayırlar.

Qeyd edək ki, bir qədər əvvəl ÜST rəhbəri Tedros Qebreyesus koronavirusun süni mənşəyi nəzəriyyəsinin daha çox araşdırma tələb etdiyini söyləmişdi. ABŞ Prezidenti Co Bayden isə 2021-ci ilin may ayında ölkəsinin kəşfiyyatçılarına virusun laborator mənşəli versiyasını daha ətraflı öyrənməyi tapşırmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam