Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

İsrail tankerinə edilən hücum araşdırılıb-İranın əli var

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Mercer Street tankerinə edilən hücumu araşdırıb və günahkarları müəyyən edib. Sənəd agentliyin saytında dərc olunub.

Yenixeber.org: Araşdırmanın nəticələrinə görə, gəmiyə edilən hücumda İranın əli var.

CENTCOM nümayəndələri hadisə yerində tapılan bir neçə dəlilə əsaslanaraq belə nəticəyə gəldilər. Söhbət pilotsuz uçuş aparatının parçalarından gedir. Araşdırmaya əsasən, pilotsuz uçan aparatın bəzi hissələri İranda istehsal edilənlərlə eynidir. Bunu İngiltərədən olan mütəxəssislər də təsdiqləyib.

Hələlik rəsmi Tehran bu məlumatı şərh etməyib.

 

İran Mercer Street hadisəsində iştirak etdiyini etiraf etməsə də, İngiltərə, ABŞ və İsrail onu günahkar hesab edir. Bundan başqa, İsrailin müdafiə naziri Benni Qanz Tehranı cavab hücumları ilə hədələyib. İranın törətdiyi iddia edilən hərəkətlər Böyük Yeddi (G7) nümayəndələri tərəfindən də tənqid edilib.

İyulun 30-da Mercer Street neft tankerinə bir və ya bir neçə kamikadze pilotsuz uçuş aparatı hücum edib. Nəticədə iki ekipaj üzvü həlak olub - onlar Rumıniya və İngiltərə vətəndaşları idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam