Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

İrana qarşı geniş miqyaslı beynəlxalq hərbi əməliyyat hazırlanır –Tehran da bunu istisna etmir

Ötən həftə Oman körfəzində bir tanker gəmisinin hücuma məruz qalmasından sonra bəzi Qərb ölkələri və İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar hazırladıqları iddia olunur. Dünən eyni su hövzəsində baş verən bir hadisə də bu planın tərkib hissəsi ola bilər.
Yenixeber.org: Məlumata görə, ötən gün axşam saatlarında bəzi xəbər agentlikləri tərəindən yayılan həmin məlumat az sonra İsrail tərəfindən də təsdiqlənib. İsrail kəşfiyyat orqanlarının bildirdiyinə görə, körfəzdə 4 tanker İran tərəfindən ələ keçirilib. İran isə körfəzdə ən azı 1 tankerin saxlanıldığını bəyan etsə də, bu məsələdə onun “barmağının olması”  iddiasını yaxına buraxmır. SEPAH-a yaxın qaynaqların bildirdiyinə görə, ən azı 1 tanker Birləşmiş Ərəf Əmirliklərinin dəniz sahəsində saxlanılıb və bunun İranla heç bir əlaqəsi yoxdur. Qurum bununla bağlı yaydığı bəyanatda bildirib ki, İranın adının sözügedən hadisədə hallanması düşmənlərinin ona qarşı hazırladıqları təxribat planı ilə əlaqədar ola bilərMəqsəd, guya İranı beynəlxalq dəniz hüququnu pozan tərəf kimi göstərmək və qəsdən yaradılan saxta təxribat hadisələrinə əsaslanıb ona qarşı təzyiq vasitələrini işə salmaqdır. 


 
Bəyanatda həmçinin ABŞ, Böyük Britaniya və İsrail dövlətlərinə müraciətlə “bu əsassız ittihamların davam edəcəyi” təqdirdə, İranın dərhal Hörmüz boğazını bağlamaq imkanlarının olduğu xatırladılır və dolayısıyla özünün strateji neft silahının işə salınacağına eyham vurulur. 
 
Qeyd edək ki, Hörmüz boğazı dünyanın dənizdə fəaliyyət göstərən neft nəqliyyatının 35%-ə qədərinin keçdiyi hövzədir və onun bağlanması Səudiyyə Ərəbistanı da daxil olmaqla bütün neft zəngini ərəb ölkələrinin təbii sərvətlərinin beynəlxalq bazara çıxışını əngələyə və nəticədə “qara qızıl”ın qiymətlərinin 200 dollara qədər qalxmasına səbəb ola bilər. Bu isə nəticə etibarilə dünyada növbəti iqtisadi və enerji böhranına dəvətnamə göndərmək deməkdir.
 
Məlumat üçün bildirək ki, BƏƏ, Qətər, Küveyt, İraq, İran kimi neft zəngini ölkələrinin neft ixracatının tamamı bu boğazdan keçir. Səudiyyə Ərəbistanının isə neft hasilatının, dolayısı ilə həm də ixracatınım 80%-i eyni coğrafiya ilə bağlıdır. Məhz bu keyfiyyəti ilə Hörmüz boğazı dünya neft marşrutunun “şah damarı” sayılır.
 
İranla Qərb ölkələrini enerji və hətta isti müharibənin astanasına gətirən hadisələr zənciri ötən həftənin sonlarında başlayıb. İsrailli iş adamı Eyal Oferin Böyük Britaniyada yaratdığı “Zodiac” gəmiçilik firmasına məxsus “MV Mercer Street” adlı neft tankeri həmin vaxt silahlı dron hücumuna məruz qalmış və ekipajin 2 üzvü öldürülmüşdü. Onlardan biri İngiltərə, digəri isə Rumıniya vətəndaşı idi. Beləcə, bir hücumla ən azı 3 dövlət terror hücumunun hədəfinə çevrilmişdi. Ardınca İsrail kəşfiyyat orqanları “MV Mercer Street”ə hücumun İran tərəfindən törədildiyini bildirmiş, London da bu fərziyyəni dəstəkləmişdi. İran isə hadisədə heç bir rolunun olmadığını vurğulayır.


 
Bazar ertəsi günü Böyük Britaniyanın Baş naziri Boris Conson tankerə hücumla bağlı açıqlama verərək, İranı günahlandırmış və “bunun nəticələrinə qatlanmasının" lazım olduğunu söyləmişdi.  Conson onu da vurğulamışdı ki, bu "qəbulolunmaz və şokedici hücum təkcə İngiltərəyə yox, həm də “qlobal gəmiçiliyə qarşı törədilmiş cinayətdir”. İngilis Baş nazirin bu bəyanatı Londonun İrana qarşı basqı siyasətinə daha çox beynəlxalq qüvvələri cəlb etmək niyyətini göstərir. 
 
Consonun təşəbbüsünə ilk dəstək, gözlənildiyi kimi, ABŞ-dan gəlib. “Daily Mail” nəşrinin yazdığına görə, İngiltərə, ABŞ və İsrail hərbi-kəşfiyyat dairələri “MV Mercer Street” neft tankerinə hücuma cavab olaraq İrana qarşı kiberhücum və ya xüsusitəyinatlı hərbi əməliyyat barədə düşünürlər. Xüsusitəyinatlı hərbi müdaxilənin İrana bağlı “könüllü silahlı qüvvələrə” qarşı keçirilməsi planlaşdırılır.
 
İngiltərənin adı çəkilməyən keçmiş hərbi kəşfiyyat məmuru “The Mirror”a verdiyi müsahibədə də tanker hücumunu “İranın hərəkətlərinin dözülməyəcək qırılma nöqtəsinə çatdığının göstəricisi” adlandırmış və ona ağır cavab verilməsini tələb etmişdi. 
 
Nəşr xatırlatmışdı ki, İran tərəfindən həyata keçirilən neft tankerinə hücum ilk belə insident deyil, ümumiyyətlə, bu ilin fevral ayından bəri 3 bənzər xarakterli hücum baş verib. Dünənki hadisəni də buna əlavə etsək, London üçün artıq vəziyyətin əndazədən çıxdığını düşünmək olar.
 

 
 
Bilindiyi kimi, İran-İsrail arasında tanker hücumları 2018-ci ildən bəri davam edir. ABŞ-ın sanksiyalarını dəlmək istəyən İran tankerləri vaxtaşırı İsrail hücumlarına məruz qalır və hər iki tərəf bu hadisələrin ictimailəşməməsinə çalışırdı. Mütəxəssislərin fikrincə, bu qarşılıqlı razılaşmanın səbəbi İranın beynəlxalq təzyiqlərə məruz qalmaması, İsrailin isə öz planlarını səssiz həyata keçirmək niyyətindən qaynaqlanırdı. Demək olar ki, hər həftə yaşanan bu hücumlarda canlı itkilərə yol açmamağa üstünlük verilirdi. İranın (əgər iddialar doğrusa) ötən həftə İsrailə cavab əməliyyatında isə ilk dəfə qan tökülmüş, dolayısıyla şifahi anlaşmanın şərti pozulmuşdur.
 
Son hadisənin zamanlaması da maraqlıdır. Bəlli olduğu kimi, dünən İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi idi. Mərasimdən bir neçə gün əvvəl İngiltərənin media qurumları açıq şəkildə bildirirdilər ki, London və müttəfiqləri “MV Mercer Street” neft tankerinə hücumun qisasını məhz həmin gün alacaqlar. Dünən isə təxmin edildiyi kimi, İrana qarşı hər hansı kiberhücum və ya xüsusitəyinatlı hərbi müdaxilə baş vermədi. Əvəzində Oman körfəzində növbəti tanker insidenti yaşandı. Bu dəfə hədəf seçilən tankerlərdən ən azı birinin Sipqapur bayrağı daşıdığı bildirilir. Görünən budur ki, İrana qarşı hazırlanan cavab kampaniyasına daha çox ölkənin cəlb olunması prosesi gedir. Bu isə cavab əməliyyatlarının da düşünüldüyündən daha ağır ola bilməsi ehtimalını ağla gətirir.(ovqat)
Heydər Oğuz

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam