Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Oman körfəzində neft tankerlərinə hücum: İran ABŞ pilotsuz təyyarəsinə də raket atıb

 

ABŞ prezidenti Donald Tramp və onun müşavirləri İranın Oman körfəzində iki neft tankerinə hücum etməsinə cavab olaraq Yaxın Şərq regionuna əlavə qüvvələr göndərməyi müzakirə edir. 

Yenixeber.org: Bu haqda CNN-ə ABŞ administrasiyasındakı mənbələr bildiriblər. Konkret olaraq regiona “Petriot” zenit-raket komplekslərinin əlavə batareyalarının göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo İranın tankerlərə hücumuna cavab olaraq bu ölkəyə qarşı hərbi cavab variantlarının nəzərdən keçirildiyini açıqlamışdı. 

Oman körfəzində neft tankerlərinə hücum iyunun 13-də baş verib. Norveçə aid olan iki tanker torpedo ilə vurulub, nəticədə hər iki gəmi zədələnib. Tankerlərdən birində güclü yanğın başlayıb. Hücuma görə ABŞ və Böyük Britaniya İranı ittiham edir. Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant bəyan edib ki, hücumu həyata keçirən İnqilab Keşikçkiləri Korpusudur.

ABŞ KİV-ləri isə bildirir ki, İran qüvvələri tankerlərə hücumdan əvvəl Oman körfəzi üzərində uçuşlar həyata keçirən ABŞ pilotsuz kəşfiyyat təyyarəsinə də hücum edib. Məlumata görə İran Hava Hücumundan Müdafiə qüvvələri MQ-9 pilotsuz təyyarəsinə raket atıb, amma raket hədəfə dəyməyib və havada partlayıb. 

Raketin buraxılmasından əvvəl isə pilotsuz təyyarəs İran gəmilərinin neft tankerlərinə yaxınlaşmasını qeydə alıbmış. Hərçənd İran qüvvələrinin tankerlərə hücum anına dair vidogörüntülər yoxdur.

Hücum nəticəsində zədələnən tankerlər isə  Birləşmiş Ərəb Əmirlikləri sahillərinə çəkilib və orada onlara baxış keçiriləcək. Şarja əmirliyinin gördüyü təhlükəsizlik tədbirlərindən sonra Yaponiyaya aid “Kokuko Courage” tankerinin yükü-metan başqa tankerə boşaldılacaq.

İkinci tanker-Norveçə aid “Front Altair” gəmisi isə Şarja əmirliyinin Horfakkan limamındadır. Gəminin İran sərhəd xidməti tərəfindən xilas edilmiş heyəti də ötən şənbə günü Bəndər-Abbas aerportundan Dubaya uçub. Tankerə ABŞ, Səudiyyə Ərəbistanı, Norveç və Fransanın mütəxəssisləri baxış keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam