Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gəmi qalmaqalı böyüyür: ABŞ İrana kollektiv cavab hazırlayır

 

Gəmi qalmaqalı böyüyür:   ABŞ İrana kollektiv cavab hazırlayır
“Birləşmiş Ştatlar İranın ticarət gəmisinə hücumu ilə bağlı cavab verəcək”. 
Yenixeber.org: Bu barədə ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərə verdiyi açıqlamada bildirib.
O qeyd edib ki, ABŞ İngiltərə, İsrail və Rumıniya ilə sıx əlaqədədir və İran məlum hücuma görə cavabını alacaq.

"Hazırda Böyük Britaniya, İsrail, Rumıniya və digər ölkələrlə çox sıx təmaslar qururuq. Hadisəyə kollektiv cavab veriləcək",-Blinken brifinqdə deyib.

Xatırladaq ki, Oman sahillərində “Mercer Street” tankerinə hücum olub. ABŞ və Böyük Britaniya hücumun arxasında İranın dayandığını bəyan edirlər. Ticarət gəmisinin vurulması beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirilir.

“Associated Press” agentliyinin yaydığı məlumata görə, Liberiya bayrağı altında üzən “Mercer Street” “Zodiac Group”un sahibi olan israilli iş adamı Eyal Oferlə əlaqələndirilir. ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tankerə pilotsuz təyyarə ilə hücum edildiyi qənaətindədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam