Xankəndidə növbəti “sülhməramlı” təxribat:Ermənilərdən “canlı qalxan” kimi istifadə olunur
Xankəndi şəhərində Rusiya Dəniz Donanmasının qurulmasının 325 illiyi münasibətilə tədbir keçirilib.
Yenixeber.org: Məlumata görə, rus “sülhməramlı”larının təşkilatçılığı ilə keçirilən tədbirdə din xadimlərinin nümayəndələri, tələbələr və məktəblilər iştirak ediblər.
Tədbir iştirakçıları Sovet İttifaqı Qəhrəmanı, donanma admiralı İvan İsakovun adını daşıyan küçədə misdən hazırlanmış büstü önünə əklil və tər çiçəklər düzüb, onun xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Erməni əsilli İvan İsakov 1894-cü ildə Gəncənin Hacıkənd qəsəbəsində anadan olub və Rusiyanın hərbi akademiyalarında təhsil alıb. Admiral II Dünya müharibəsində SSRİ-nin Hərbi Dəniz Donanmasına rəhbərlik edib və sovet donanmasının inkişafında mühüm rol oynayıb. Rus “sülhməramlıları”nın generalın adından erməni separatizmini gücləndirmək üçün istifadə etməsi təkcə Azərbaycana yox, eləcə də Rusiyanın hərbi qüdrətinin artırılmasında rol oynayan qeyri xalqların nümayəndələrinin ruhuna hörmətsizlikdir. Çünki bu fakt bir daha göstərir ki, Moskva həyatını Rusiyanın inkişafına sərf etmiş ölülərin ruhundan belə, öz imperialist siyasətləri üçün faydalanır və onları haqsızlığa məruz qalmış xalqların lənəti ilə üz-üzə qoyur.
Rəsmi Bakı öz torpağında başqa dövlətin hərbi dəniz donanmasının qurulmasının ildönümünü keçirməyin sülhməramlılıq missiyasına və ölkələrin ərazi bütövlüyünə hörmətsizlik olduğunu Moskvanın diqqətinə çatdırmalı, onu bu cür təxribatlardan əl çəkməyə dəvət etməlidir. Əks halda, bu cür oyundankənar hərəkətlərin dövlətlərarası mehriban münasibətlərə ancaq kölgə sala biləcəyini açıq şəkildə Kremlə bir daha xatırlatmalıdır.
Rus “sülhməramlı”larının bu hərəkətləri İŞİD-in İraq şəhərlərində dinc sakinlərdən “canlı qalxan” kimi istifadə etməsini yada salır. İŞİD də dinc sakinləri önə verərək özünü müdafiə etməyə və işğalçılıq siyasətinə haqq qazandırmağa çalışırdı. Bu gün rus “sülhməramlı”ları da eyni qaydada erməniləri Qarabağın dağlıq hissəsinə gətirərək və onları guya “milli dəyərləri” ətrafında birləşdirərək, faktiki öz işğalçılıq siyasətinin legitim əsaslarını yaratmağa səy göstərir. Azərbaycan xalq diplomatiyası yolu ilə Qarabağda məskunlaşan erməni vətəndaşlarına Rusiyanın oyununa gəlməməyə, onun “canlı qalxanı” qismində önə çıxmamağa çağırmalı, imperializmin himayəsinə sığınaraq separizmə yuvarlanmağın ağır bədəli olacağı barədə xəbərdarlığını öz ünvanına çatdırmalıdır.(ovqat)