Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-ın Beşinci donanmasının komandanı müəmmalı şəkildə öldü-Yoxsa öldürüldü?...,+Təcili

 

Yenixeber.org: ABŞ Hərbi Dəniz Qüvvələrinin İran  və Suriya da daxil olmaqla geni Fars körfəzi regionundakı əməliyyatlara cavabdeh olan Beşinci donanmasının komandanı Bəhryndəki iqamətgahında ölü tapılıb. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatlarının rəhbəri Con Riçardson bəyan edib.

“Komanda, bu gün mənim kədərli vəzifəm bundan ibarətdir ki, sizə Beşinci donanmanın komandanı, vitse-admiral Skott Stirininin ölümü barədə məlumat verim. O, bu gün Bəhreyndə ölü tapılıb”-Riçardson bildirib.

Beşinci donanmanın mətbuat xidmətindən bildiriblər ki, admiralın ölümünün səbəbi hələ məlum deyil. Hazırda HDQ-nin və Bəhreyn Daxili İşlər Nazirliyinin təhqiqatçıları müvafiq tədbirlər həyata keçirirlər. Bununla belə qeyd olunur ki, hazırda komandanın qəsdən öldürüldüyünü deməyə əsas verən səbəb yoxdur. İlkin versiyalar bundan ibarətdir ki, vitse-admiral Stirini “təbii səbəblərdən” ölüb.

Skott Stirinin ölümündən sonra onun səlahiyyətləri müavini, kontr-admiral Pol Şilzə həvalə edilib.

Beşinci donanma Fars körfəzi və Hind okenanının bir hissəsinə cavabdehdir, qərargahı və əsas bazası Bəhreyndə yerləşir. Bu donanma İraqa qarşı hərbi kampaniyalarda, habelə “Əl-Qaidə” və İŞİD-ə qarşı əməliyyatlarda əsas rol oynayıb. Donanmanın tərkibinə ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantik və Sakit okean donanmalarının gəmiləri daxildir. Sərəncamında təyyarədaşıyan gəmilər, yüzlərlə müxtəlif tipli döyüş təyyarələri və vertolyotları, xüsusi təyinatlı qüvvələr də dəniz piyadaları var.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam