Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Rusiyanın Xəzər donanmasına “hava hücumu”

 

Rusiyanın Xəzər donanmasının gəmiləri və Cənub Hərbi Dairəsinin aviasiyası şərti düşmənin hava hücumunu dəf etmək üçün birgə manevrlər keçirib.
"Xeberinfo.com":  Məlumata görə, döyüş şəraitinə maksimum yaxınlaşdırılan manevrlər Xəzər donanmasının bazalarında – Həştərxanda və Mahaçqalada keçirilib. Xəzər donanmasının rəsmisi Aleksey Rulev bildirib ki, hava hücumunun qarşısının alınmasını “Dağıstan” raket gəmisinin, kiçik raket və artilleriya gəmiləri “Qrad Sviyajsk” və “Uqliç”in heyətləri, habelə “Volqodonsk”, “Həştərxan” və “Mahaçqala” gəmilərinin heyətləri həyata keçiriblər.
Təlimlərdə Cənub Hərbi Dairəsinin iki “Su-24” bombardmançısı və iki “Su-25” hücum təyyarəsi də iştirak edib. Təlimlər zamanı gəmilər döyüş hazırlığı vəziyyətinə gətirilib, radiolokasiya müşahidə vasitələri hava hədəflərini aşkar ediblər, artilleriya bölmələri isə görüş məsafəsinin hüdudlarında düşmənin hava vasitələrini məhv ediblər. “Təlimlər zamanı şərti düşmənin təyyarələri Xəzər donanmasının gəmilərinə aşağı hündürlükdə, radarların aşkar etməsi baxımından çətin şərtlərdə hücum ediblər.
Bundan başqa təlimlərdə HHM qüvvələri və vasitələrinin düşmənin hava zərbələrinin dəf edilməsi zamanı idarə edilməsi həyata keçirilib”- deyə Rulev bildirib. Bu il ərzində Rusiyanın Xəzər donanması və sahil qoşunları ilk dəfə Qara dəniz donanmasının dəniz aviasiyasının və Cənub Hərbi Dairəsinin motoatıcı bölmələrinin iştirakı ilə birgə hərbi təlimlər keçirəcək. Həmçinin bu il Rusiya, Qazaxıstan və Azərbaycan donanmalarının birgə təlimləri planlaşdırılır.

Virtualaz.org 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam