Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

““Delta” ştammının Azərbaycana da gəlib çıxması qaçılmazdır” -Soltan Məmmədov

“Koronavirusun yeni ştammlarının əmələ gəlməsi bu gün və dünən COVID-in yaratdığı problemlərin əsas sahələrindən biridir”.

Yenixeber.org: Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov deyib.

O bildirib ki, Azərbaycan peyvənd proqramını uğurla həyata keçirən ölkə olmasına baxmayaraq, “Delta ştammı”nın artıq qonşu ölkələrdə, ümumiyyətlə dünyanın 100-ə yaxın ölkəsində mövcudluğu bu ştammın başqa ölkələr və Azərbaycana da gəlib çıxmasının qaçılmaz olduğunu göstərir: “Biz artıq bununla bağlı hazırlıq işləri görürük. Azərbaycanda həm stasionar xidmətlərin təmin olunması, həm profilaktik tədbirlərin həyata keçirilməsində təcrübə var. Peyvəndin tətbiqi bunun ən düzgün profilaktik addımıdır. Azərbaycanda bir sıra inkişaf etmiş ölkələrdən fərqli olaraq əhaliyə peyvənd seçimi təqdim olunur. ÜST-ün son qiymətləndirməsinə və peyvənd istehsalçılarının son məlumatlarına əsasən, “Sinovac” və “Pfizer” peyvəndlərinin də məhz “Delta ştammı”na qarşı təsirli olması göstərilir. Bu, əhalinin yeni ştamma qarşı qorunmasına şərait yaradacaq. Lakin yeni ştamm çox yoluxucudur, əhali arasında tez yayılır. İstədiyimiz kollektiv immunitet səviyyəsinə hələ gəlib çatmamışıq, buna doğru gedirik. Ümid edirik ki, payız ayları üçün əhalinin çox hissəsi peyvənd olunacaq. Peyvəndin təsir müddəti ilə bağlı tədqiqatlar aparılır. Azərbaycan bu tədqiqatları yaxından izləyir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam