Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TƏBİB sədrindən -"Delta" ştammı ilə bağlı açıqlama

TƏBİB sədrindən Delta ştammı ilə bağlı açıqlama - EKSKLÜZİV

“Hazırda Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində dünyada sürətlə yayılan “Delta” ştammı əlaqəli tədqiqatlar aparılır”.

Yenixeber.org: Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri xatırladıb ki, bir neçə ay əvvəl ölkədə “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi və bununla bağlı ictimaiyyətə də məlumat verildi.

R.Bayramlı bildirib ki, “Delta” ştammı artıq Azərbaycanla qonşu dövlətlərdə də qeydə alınıb:

“Bu səbəbdən yeni ştammın Azərbaycana keçmə ehtimalı böyükdür. Lakin bunun vaxtında aşkar olunması və profilaktik tədbirlərin görülməsi mütləqdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzi yeni ştammı aşkar edə bilmələri üçün lazımi avadanlıqlarla təmin edilib. Xüsusi protokol da hazırlanıb. Protokola uyğun olaraq riskli ölkələrdən Azərbaycana daxil olan şəxslərdən nümunələr götürülür”.

O əlavə edib ki, beynəlxalq təcrübəyə uyğun olaraq xəstəliyi daha ağır formada keçirənlərdən, eləcə də epidemioloji nəzarətdə saxlanılan xəstəliyin artımı olduğu lokal bölgələrdən də genetik analizlər götürülür:

“Hazırda nümunələr toplanılıb və təqdim olunur, mütəmadi müayinələr də aparılır. Hesab edirəm ki, əgər yeni ştamm aşkar olunarsa, ən yaxın zamanda ilkin məlumatlar təqdim edə biləcəyik”.

“Hər birimizin belə təhlükə ilə üz-üzə qalmağımızı unutmamalıyıq” – deyə Ramin Bayramlı qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam