Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

VHP-dən Rusiya polisinə etiraz

Yenixeber.org: Məlum olduğu kimi, bir neçə gün öncə Novosibirskə  yol polisi müfəttişi Alksandr Qosev bu şəhərdə yaşayan  soydaşımız  Vəkil Abdullayevi  güllələyərək  öldürüb. Qatil polis öncə həbs olunsa da bir nçə gün sonra azadlığa buraxılıb və ardınca  xüsusi təyinatlı polislər hadisə yerində olan iki azərbaycanlı gəncin yaşadığı ünvanlara basqın edərək,  onları  kobudluqla həbs ediblər. Baş vermiş hadisə açıqdan açığa azərbaycanlılara qarşı qərəz, vəhşi münasibət göstəricisidir. Hadisənin videogörüntülərindən də aydın olur ki, polisin atəş açmağına heç bir zərurət yox idi. Qatil polisin  Rusiya prezidentinin qrup yoldaşı olan İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin göstərişi ilə azad edilməsi xüsusi diqqət çəkir. Soydaşlarımıza qarşı məhz azərbaycanlı olduqlarına görə Rusiya polisinin, eləcə də digər qurumların qeyri-insani, hüquqdan kənar davranışı ilk hal deyil. Bütün bunlar Azərbaycan ictimaiyyətində ciddi etiraz yaradır.

Vətəndaş Həmrəyliyi Partiyası hadisənin obyektiv araşdırılıb hüquqi qiymət verilməsini, gərəkən cəzanın verilməsini tələb edir. Azərbaycanın hüquq mühafizə orqanları və Rusiyadakı səfirliyi Novosibirsk də baş verən cinayətin ədalətli araşdırılması üçün Rusiya tərəfi ilə danışıqlara başlamalı, Azərbaycan icması da bununla bağlı məlumatlandırılmalıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam