Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyada azərbaycanlı gənci öldürən polis sərbəst buraxıldı

 

Müstəntiqlər Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin göstərişinə əsasən, mayın 28-də qanun pozucusunun başına təsadüfən atəş açan polis məmurunu həbsdən azad ediblər.

Yenixeber.org: Bu barədə jurnalistlərə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib.

"Bu gün İstintaq Komitəsi sədrinin tapşırığı ilə müstəntiq polis barəsində qətimkan tədbirini dəyişdirərək başqa yerə getməmək və lazımi davranış haqqında iltizam seçib", - deyə o bildirib.

Xatırladaq ki, faciə 28 mayda baş verib. Sürücü həbs edilərkən polis məmuru təsadüfən atəş açıb və sərnişin-19 yaşlı Vəkil Abdullayev həlak olub.

"Hazırda asayiş keşikçilərinə qarşı zorakılıq hallarında şübhəli bilinən iki nəfər saxlanılıb. İstintaq həbs qismində qətimkan tədbirinin seçilməsi barədə vəsatət qaldırmaq niyyətindədir", - deyə Petrenko bildirib.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam