Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Səfirlik -İrəvana göndərilən hərbi yükün qaytarıldığını təsdiqlədi

Səfirlik İrəvana göndərilən hərbi yükün qaytarıldığını təsdiqlədi
Rusiyadan Ermənistana göndərilən hərbi yükün Gürcüstan sərhədindən geri qaytarılması faktı rəsmən təsdiqlənib.

Yenixeber.org: Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Aram Tananyan erməni mətbuatına verdiyi açıqlamada artıq yükün Moskvaya geri göndərildiyini bildirib.
Tananyan bir neçə gündür ki, mediada gəzən söz-söhbətlərin real olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstan tərəfi Rusiyadan "humanitar məqsədlər" üçün Ermənistana göndərilən güllə keçirməyən jiletlərdən ibarət yük partiyasını geri qaytarıb.

Tananyan, həmçinin deyir ki, yük lazımi sənədlərə malik olub, Lars keçid məntəqəsindən keçərək Gürcüstana gəlib, ancaq son anda problem yaşanıb.

Xatırladaq ki, bu yaxınlarda Gürcüstanın Rusiyadan humanitar yardım adı altında göndərilən hərbi yükü Ermənistana buraxmaması barədə videogörüntülər yayılmışdı. Belə ki, gömrükdə saxlanılan iki yük avtomobilində güllə keçirməyən gödəkçələr aşkarlanıb.

Məlumata görə, yük maşınları martın 5-də Moskvadan yola salınıb, martın 28-də gürcü sərhədçilər onların hərəkətini dayandırıb və sənədləri alınıb. Avtomobillər bir aya yaxın müddət ərzində Rusiya-Gürcüstan sərhədindəki nəzarət-buraxılış məntəqəsi yaxınlığında neytral zonada saxlanılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam