Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Xamenei Cavad Zərifin səs yazısına münasibət bildirib -"ABŞ-ın iddialarının təkrarıdır"

İranın Ali lideri Ayətullah Əli Xamenei "müəllim" və "zəhmətkeşlər" günü münasibətilə canlı yayımlanan çıxışında Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı general Qasim Süleymani ilə bağlı yayımlanan son səs yazısına da münasibət bildirib.

Yenixeber.org: Tehran büromuzun məlumatına görə, bu mövzuya üstüörtülü toxunan Ayətullah Xamenei deyib ki, bəzi sözlər ABŞ-ın iddialarının təkrarıdır: "Məsələn, amerikalılar çoxdandır İranın nüfuzundan xeyli narahatdırlar. Şəhid Süleymanidən buna görə şikayətlənirdilər. Bu səbəbdən də onu öldürdülər. Qüds briqadası və Süleymani haqda danışarkən diqqətli olsunlar. Qüds briqadası Qərbi Asiyada diplomatiyamızın aktivliyinə öz töhfəsini vermişdir".

Qüds briqadasının keçmiş komandiri Süleymaniyə qarşı terror edilməsinə toxunaraq Ayətullah Xamenei bildirib ki, onu qətlə yetirəcəkləri ilə bağlı təhdid etmişdilər: “O da dostlarına demişdi ki, məni dağlarda-düzlərdə axtardığım şeylə hədələyirlər. Belə fədakar insanlarımız var”.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam