Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Komandanlara təşəkkür edirəm..." -Xamenei sərnişin təyyarəsinin vurulması haqda

 

“Son iki həftə bizim üçün macəra dolu oldu. Bu iki həftədə İran xalqı üçün acı, şirin və ibrət götürüləsi hadisələr baş verdi”.

Yenixeber.org: Bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bugünkü cümə namazı xütbəsində çıxışı zamanı deyib.

O bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı, general Qasim Süleymaninin öldürülməsinə sərt cavab verilib.

“ABŞ yalandan İran xalqının yanında olduğunu deyir. Baxın görün İran xalqı kiminlədir?! Qasım Süleymaninin fotosunu təhqir edən insanların sayı yüz-iki yüz nəfərdir, lakin onun xatirəsini əziz tutaraq küçələrə axışan insanların sayı milyonlarladır”, - deyə o, vurğulayıb.

İranın Ali Rəhbəri qeyd edib ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında səhvən vurulması üzücü hadisədir: “Bu, acı hadisə idi və bizim qəlbimizi sözün həqiqi mənasında yandırdı. Komandanlara təşəkkür edirəm ki, hadisə ilə bağlı xalqa doğru məlumat verdilər. Lakin bu məsələ ciddi şəkildə araşdırılmalıdır ki, oxşar hadisələrin qarşısı ciddi şəkildə alınsın”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam