Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Sünikdəki etirazlara görə 19 nəfərə cinayət işi açıldı

Sünik (Zəngəzur) vilayətində baş nazir Nikol Paşinyanın səfərinə etiraz edən 19 nəfərə cinayət işi açılıb. Onlar xuliqanlıq və ictimai asayişi pozmaqda ittiham edilirlər.
 Yenixeber.org: Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

“Əldə edilmiş dəlillər əsasında 19 nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan 9-u Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddənin 3-cü bəndi (xuliqanlıq), 10 nəfər 258-ci maddənin 1-ci bəndi (ictimai asayişi pozan kütləvi tədbirlərin təşkili) ilə ittiham olunub. İstintaq 8 nəfərə qarşı həbs qətiimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 21-də Zəngəzur vilayətinin Mehri və Aqarak şəhərlərinə səfəri yerli sakinlər tərəfindən etirazla qarşılanıb. Bir qrup sakin baş nazirin avtomobilinə və mühafizəçilərinə hücum edib. Bundan sonra Paşinyanın tapşırığı əsasında etirazçılar və aksiyaları təşkil edənlərin həbsinə başlanılıb.(TASS)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam