Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyanın deputat qaynı Sünik sakinlərini aşağıladı

Ermənistan parlamentinin “Mənim Adımım” fraksiyasından olan deputatı, baş nazir Nikol Paşinyanın qayını Qraç Akopyan ölkəsindəki qalmaqallı həbslərə münasibət bildirib.
 Yenixeber.org: Bununla bağlı jurnalistlərə açıqlama verən Akopyan dünən Sünikdə (Zəngəzur-red.) Paşinyanın maşın kalonuna hücum edən sakinlərin İrəvana alçaldılmış şəkildə gətirilməsini dəstəkləyib.

"Onları gətirmək lazım idi. Belə alçaldılmış formada gətirilməli idilər",- deyə erməni deputat radikal fikirlər səsləndirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 21-də Zəngəzur vilayətinin Mehri və Aqarak şəhərlərinə səfəri yerli sakinlər tərəfindən etirazla qarşılanıb. Bir qrup sakin baş nazirin avtomobilinə və mühafizəçilərinə hücum edib. Bundan sonra Paşinyanın tapşırığı əsasında etirazçılar və aksiyaları təşkil edənlərin həbsinə başlanılıb.

Mehri şəhərinin meri Mxitar Zakaryan etirazçılara dəstək verdiyi üçün saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Paşinyanın avtomobilinə hücum etmiş şəxsləri saxlayarkən onlara qarşı alçaldıcı hərəkətlər ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam