Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyanın korteji yumurta atəşinə tutuldu - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları Sünik bölgəsinin (Zəngəzur-red) Şurnux kəndində onun kortejinə yumurta atıblar.

Yenixeber.org: “İnterfaks” xəbər verir ki, Paşinyanın kortejini Rusiya sülhməramlı qüvvələri müşayiət ediblər.


Məlumata görə, baş nazir Nikol Paşinyan bu gün Qafanda keçirilən müşavirədə güc strukturlarının rəhbərlərinə onun Mehri şəhərinə gəlməsinə qarşı keçirilən aksiyaların təşkilatçılarını cəzalandırmağı tapşırıb.

İstintaq Komitəsinin nümayəndəsi baş nazirə cinayət işi açmaq üçün materialların hazırlandığını bildirib.

Xatırladaq ki, çərşənbə günü Sünik vilayətinin Mehri və Qacaran şəhərlərinin sakinləri Paşinyanın səfərinə etiraz olaraq aksiya keçiriblər. Mehri sakinləri ilə baş nazirin mühafizəçiləri arasında dava olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam