Azərbaycanda rəqəmsal manat yaradılır? -VİDEO
Azərbaycanın milli valyutası olan manat elektronlaşa bilər. Artıq Mərkəzi Bank bununla bağlı araşdırmalara başlayıb. Ekspertlər bildirir ki, elektron manatın gələcəkdə tətbiqi tranzaksiya üçün tutulan komissiya xərclərini aradan qaldıracaq.
Yenixeber.org: Gələcəkdə maaşlar elektron manatla verilə bilər. Virtual milli valyutanın yaradılması üçün Azərbaycan Mərkəzi Bankı artıq araşdırmalara start verib.
Ekspert Rəşad Həsənov bildirir ki, hazırda dünyanın böyük dövlətlərinin əksəriyyəti elektron valyutaların yaradılması üçün geniş hazırlıqlara başlayıblar. Azərbaycan Mərkəzi Bankının da bu istiqamətdə addımlar atması qlobal maliyyə bazarının üzvü olan Azərbaycanın gələcəkdə baş verəcək yeniliklərə hazırlıqlı olması baxımından önəmlidir. Ancaq mütəxəssisin sözlərinə görə, hazırda elektron manatın tətbiqi üçün real şərait tam yaranmayıb.
Rəşad Həsənov bildirir ki, ilk yaranacağı zamanda elektron valyuta bazarı iştirakçılarının sayı məhdud olacaq və elektron milli valyutanın məzənnəsinə müdaxilə imkanları daha çox ola bilər.
Ekspert elektron manatın gələcəkdə geniş tətbiqi zamanı vətəndaşları bir sıra xərclərdən xilas edəcəyini bildirir. Bunlardan ən əsası tranzaksiya xərcləridir.
Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankından bildirilib ki, elektron manatın yaradılması istiqamətində analiz və tədqiqat işləri görülür və qısa zamanda nəticələr barədə ictimaiyyətə məlumat