Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

ÇİN VALYUTASININ DOLLARI ÜSTƏLƏMƏK CƏHDİ: Asiya nəhəngi rəqəmsal pulunu sınaqdan keçirir

Anastasiya Başkatova

“Независимая газета”, 08.06.2020

 

Dünya COVID-19 xəstəliyinin nəticələrinin öhdəsindən gəlməyə çalışarkən, Çin gələcəkdə dollar hesablaşmalarını sıxışdıra biləcək rəqəmsal valyutasını sınaqdan keçirir. Ən azından ABŞ və Çin arasında qarşıdurmanın yeni bir dövrü şəraitində rəqəmsal valyutanın olması bəzi ölkələrin Amerika sanksiyalarına baxmadan qarşılıqlı hesablaşmalar aparmasına imkan verərdi.

Çin Mərkəzi Bankı ABŞ dollarına qarşı çıxan rəqəmsal valyutanı tətbiq edir. Bu həm “Carnegie” mütəxəssisləri, həm də “Bloomberg” analitikləri üçün iyun ayının əsas mövzularından biridir.

“Carnegie India”-nın baş məsləhətçisi Rəcəb Bansal bildirib: “Çin Xalq Bankı rəqəmsal valyuta səylərini hazır bir məhsula çevirən ilk böyük mərkəzi bank olub”.

İndi Çin rəqəmsal yuanı sınaqdan keçirir, ekspertə görə, rəsmi olaraq “bu ilin sonundan gec olmayaraq o, dövriyyəyə buraxılacaq”.

Əvvəllər ölkə daxilində tam açılışın 2022-ci ilin Qış Olimpiya Oyunlarına təsadüf ediləcəyi bildirilmişdi.

Çinin rəqəmsal valyuta vasitəsilə qlobal maliyyə bazarlarına təsirini genişləndirmək üçün bir çox imkanları var. Əvvəla, bu, “Bir kəmər-Bir yol” təşəbbüsünə aiddir.

Rəcəb Bansal bildirib: “Sərhədsiz əməliyyatlar üzrə hesablaşmalar üçün öz rəqəmsal valyutasından istifadə Çinə biznesdə ABŞ-a yönəlmiş mövcud maliyyə sistemindən demək olar ki, tamamilə yan keçmək imkanı verəcək”.

İqtisadçının sözlərinə görə, Çin Xalq Bankı artıq bir neçə böyük ölkədə, o cümlədən Fransa, Almaniya, Yaponiya, Rusiya, Sinqapur, Cənubi Koreya, İngiltərə və yeri gəlmişkən, ABŞ-da RMB klirinq banklarını yaradıb.

Daha əvvəl “Deutsche Bank” mütəxəssisləri yeni növ koronavirus pandemiyasının ölkələrin rəqəmsal valyutalara keçidini sürətləndirəcəyini proqnozlaşdırmışdılar. İndi buna əlavə edə bilərik ki, Çin ABŞ-la ticarət və texnoloji qarşıdurmasının yeni dövrü fonunda rəqəmsal yuanın sürətlənmiş tətbiqi üçün əlavə stimul alıb.

“Bloomberg” agentliyi Harvard Kennedi Məktəbinin iqtisadçılarına istinadən xəbər verib ki, yuanın nəzəri cəhətdən rəqəmsal versiyası son nəticədə İrana və digər ölkələrə ABŞ sanksiyalarından yayınmağa və ya ABŞ hakimiyyəti və dollarlı beynəlxalq ödəniş sistemlərinin nəzarəti xaricində pul köçürməsinə imkan verə bilər.

“Nezavisimaya qazeta”-nın sorğuladığı mütəxəssislərin bir hissəsi hesab edir ki, rəqəmsal yuana keçid hələ tezdir.

“Bu günə qədər qeyri-nağd valyuta yalnız Çin bankları üçün maraqlıdır. O, sözün hərfi mənasında “kriptoyuan” deyil, çünki birincisi, blokçeyndən istifadə etmir, ikincisi, emissiyası mərkəzləşib. Çin Mərkəzi Bankı onu dövriyyəyə çıxaracaq, sonra kommersiya banklarına paylayacaq”, – deyə “Alor”un baş analitiki Aleksey Antonov izah edib.

O xatırladıb: “Hər hansı bir kriptovalyuta ideyası dövlətin fikri ilə ziddiyyət təşkil edir, çünki kriptovalyutalar əməliyyatları anonim edir, amma dövlətlər maliyyə axınına nəzarət etmək istəyir və dövlət öz valyutasının inhisarına əsaslanır”.

“Çin rəqəmsal valyutasının dollara təsir etməsi ehtimalı olmayan yuanla bağlanacaq. Ancaq digər amillər də var. Rəqəmsal yuan blokçeyndə verilirsə, bu nağd pulun yox olmasına və milli ödəmə sistemində dəyişikliyə səbəb ola bilər. Əgər elektron pul şəklində buraxılıbsa, o, Mərkəzi Bank sadəcə elektron pul emitentinə çevriləcək”, – deyə Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Rusiya-OECD Mərkəzinin rəhbəri Antonina Levaşenko izah edib. – Hər iki halda bu, nağd pulun verilməsi, istifadəsi və daşınması xərclərini azaldacaq, kölgə iqtisadiyyatını azaldacaq və pul siyasətini modernləşdirəcək”.

“Finam” şirkətinin analitiki Leonid Delitsin həqiqi kriptovalyutanın “Çin hökumətinə, ancaq hökumətə lazım və faydalı olacağı təqdirdə” ortaya çıxacağını söyləyib. “Maynerlər kiçik biznesdir, maraqları sənaye dövləti üçün o qədər də prioritet deyil”.

Delitsinin fikrincə, kriptovalyutalar dolların mövqeyini sarsıda bilər, lakin onun rolunun aparıcı olması şübhə doğurur.

“Rəqəmsal yuan kriptovalyuta, token və hətta steyblkoin deyil. Bu rəqəmsal formada adi yuandır. O, yaxın gələcəkdə dolların mövqeyini sarsıtmayacaq”, – deyə “Alpari” Mərkəzinin analitiki Vladislav Antonov əlavə edib. “Yeni şeyə alışmaq üçün uzun müddət lazımdır”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam