Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Uşaqpulu verilməlidir? -“Sosial çağırışdır və həyata keçirilməlidir!“

Uşaqpulu verilməlidir? - “Sosial çağırışdır və həyata keçirilməlidir!“

Digər müxalif partiyalarla REAL arasında bir neçə gündür ki, uşaqpulu məsələsi ilə bağlı fikir ayrılığı yaranıb. Başda İlqar Məmmədov olmaqla bütün REAL-çılar hesab edir ki, büdcənin imkanları hər kəsə uşaqpulu ödəmək üçün yetərli deyil. Onların fikrincə, büdcənin bu yükü qaldırmaq iqtidarı yoxdur.   

Yenixeber.org: Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov açıqlamasında qeyd edib ki, yanaşma nöqsanlıdır. Diqqət ilk əvvəl mexanizmə yönəlməlidir, onun maliyyə mənbələri sonradan müəyyənləşdirilir:

“Uşaqpulu əlbəttə ki, lazımdır. Çünki əhalinin əhəmiyyətli hissəsi, xüsusilə də regionlardakı insanlar müasir tələblərə uyğun həyat səviyyəsində yaşaya bilmirlər. Nə baş verir? Uşaqların normal səhiyyə, təhsil xidmətlərinə çıxışı, həmçinin sağlam qidalanma imkanları məhdudlaşır. Bizdə demoqrafik problem də yaşanmaqdadır. 1990-cı ildə hər 1000 nəfərə Azərbaycanda 20 yeni uşaq doğulurdu. 2018-19-cu illərdə bu göstərici 8-ə düşüb. Proses bu şəkildə də davam edəcək. Azərbaycanda ailələr kiçilir. Sosial, iqtisadi və demoqrafik problemlərin həlli üçün uşaqpulu mexanizmi olmalıdır”

Ekspert diqqətə çatdırıb ki, uşaqpulunun strukturu müzakirə olunabilən məsələdir:

“Onun hansı şəkildə olması barədə biz dəfələrlə fikir bildirmişik. Düşünürəm ki, ən pis halda birinci uşaqlara görə uşaqpulu verilməyə bilər. Bununla yanaşı, neft sektoru Azərbaycanda əməkhaqqı ən yüksək səviyyədə olan sektorlardan biridir. Orada orta aylıq əməkhaqqı 3 min manata çatır. Valideynlərdən biri neft sektorunda və yaxud valideynlərdən biri xüsusi dövlət qulluğuna aid olan vəzifələrdə çalışırsa, həmin ailə üçün uşaqpulu dayandırıla bilər. Həmçinin ailənin büdcəsi ilə də məsələni müəyyənləşdirmək olar. Məsələn, ailə büdcəsinin gəlirləri 2 min manatdan yuxarı olan ailələrə uşaqpulu verilməməsi mümkündür. Bu tip mexanizmlər yaratmaq çətin deyil. Həmişə belə bir arqument olub ki, “Zənginə nə üçün pul verməliyik?” O arqumenti anlayıram. Amma bu ölkədə uçot yoxdur, bütün problemlərin kökündə uçot dayanır. Kimin zəngin, kimin yoxsul olduğu bilinmir. Ölkədə rəsmi milyonerlər yoxdur, hansı ki qeyri-rəsmi milyarderlər var. Amma 3-5 belə məqamın olması bir xalqın ümumi zərurətinin qarşısını almamalıdır. Uşaqpulu tələbdir, sosial çağırışdır və həyata keçirilməlidir. Xüsusilə pandemiya göstərdi ki, insanların gəlirlərinin dayanıqlı hissəsini artırmaq lazımdır. Uşaqpulu, pensiyalar, sosial müavinətlər, təqaüdlər dayanıqlı gəlirlər hesab olunur. Digər gəlirlər hər hansı bir risk ortaya çıxdıqda, məsələn, iş yerinin bağlanması nəticəsində itə bilir. Bu isə sosial problemlərin artmasına gətirib çıxarır. Mən ötən gün “qanmırlar, bilmirlər” kimi çağırışlar gördüm. Bu yanaşma çox nöqsanlıdır”.

Həmsöhbətimiz uşaqpulunun verilməsinin bu gün üçün Azərbaycanda zəruri olduğunu vurğulayıb:

“Əhalinin həyat səviyyəsi çox aşağıdır. Pandemiya və müharibə dövründə  sağ olsunlar ki, müəyyən xeyriyyəçilərimiz gəzib bir çox insana yardım əlini uzatdı. Onlara müraciətlər gəlirdi. Bu zaman biz nə gördük? Dünənədək görmədiklərimizi. İnsanların necə, hansı şəraitdə yaşadığını, bizim Qarabağda döyüşən qəhrəmanlarımızın hansı mühitdə, hansı formada yetişdiyini, ağır şərtlərlə üzləşdiyini öyrəndik. Bunlar müharibəyədək üzdə deyildi. Amma indi bilirik. İnsan necə yaşayırsa, düşünür ki, kənardakılar da eyni səviyyədə yaşayır. Amma elə deyil. Bütün baş verənlərdən biz də bir nəticə çıxarmalıyıq. Bu ölkədə heç də hamı rahat yaşamır. Əhalinin  təxminən 70 faizinin sosial müdafiə mexanizmlərinin heç birinə çıxışı yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam