Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir “uşaq pulu” təklifinə münasibət bildirib

Nazir “uşaq pulu” təklifinə münasibət bildirib
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deputatların “uşaq pulu” təklifinə münasibət bildirib.
Yenixeber.org: Nazir S. Babayev bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlərin ödənildiyini xatırladıb.

Nazir qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən məbləğ 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir: "Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmış 2 milyon 700 min uşaq var. Tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat pul edir. Uşaqpulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil. Ən azı 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir. Nəzərə alın ki, ölkədə minumum pensiyalar 72 faiz , mimumum əməkhaqqı 2 dəfə , 600 min insanın müavinət, təqaüdü 2 dəfə artıb. Bu gün yəni konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə ünvanlı olan sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar eyni məbləğlə maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam