Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

3 yaşına qədər olan uşaqlara uşaqpulu verilə bilər –TƏKLİF

Uşaqpulu məsələsi hökumətdə və parlamentdə müzakirə edilsə də, yekun qərara gəlinmədi. Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif adlar altında müavinət verilir. Amma 2000-ci ilə qədər uşaqpulu adı altında 2 manat ödənilirdi, indisə 14 növ müavinət ödənilir. Ancaq uşaqpulu mövzusu yenə də gündəmdədir, bəzən radikal qruplar bundan istifadə edirlər.

Yenixeber.org: Bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Elman Nəsirov deyib.

Millət vəkili təklif edib ki, parlamentdə profil komitələri işçi qrupu yaradaraq uşaqpulu məsələsini araşdırıb bu sahədə hansı addımların atılmasının mümkünlüyü müəyyənləşdirsin: “İnanın ki, bundan sonra 20 cür müavinət verilsə də, yenə deyəcəklər ki, uşaqpulu verilmir. Bəzən qeyd olunur ki, 18 yaşına qədər uşaqlara pul ödənilməsi çətindir, çünki onların sayı 2 milyon 700 mindən çoxdur. Bəlkə 0-3 yaş arasında olan uşaqlara uşaqpulunun ödənilməsi məsələsinə baxıla bilər. Cəmiyyət, insanlarımız görsün ki, uşaqpulu verilir”. (publika.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam