Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Tuğda tarixi-memarlıq abidələri soyqırımına məruz qalıb" -VİDEOREPORTAJ

Tuğda tarixi-memarlıq abidələri soyqırımına məruz qalıb - VİDEOREPORTAJ

"Tuğ kəndində işğaldan qabaq azərbaycanlılar çoxluq təşkil edib".

Yenixeber.org: Bunu tarixçi-alim Nazim Tapdıqoğlu deyib.

Onun sözlərinə görə, Xocavəndin Tuğ kəndində olan tarixi-memarlıq abidələri demək olar, soyqırımına məruz qalıb: "İstər Tuğda, istərsə də digər işğaldan azad olunmuş torpaqlarımızdakı məbədlərimizi, xüsusən də alban kilsələrini ermənilər öz adlarına çıxarıblar. Onlar alban kilsələrindəki xaçları silərək öz xaçlarını çəkib dünyaya öz məbədləri kimi tanıtmaq istəyiblər. Onlar bizim toponimlərimizə kimi dəyişiklik ediblər".

N.Tapdıqoğlu Tuğ kəndinin qədim torpaqlarımızdan olduğuna diqqət çəkib: "Tuğ qədim kəndlərimizdən biridir. Hazırda burda heç kim yaşamasa da, lakin işğala qədər kənddə 2 mindən artıq sakin yaşayırdı. Bunlardan 1400-ə qədəri azərbaycanlılar, qalanları isə ermənilər idi. Burada yaşı 135 ilə yaxın olan məktəb fəaliyyət göstərirdi. Hətta işğala qədər tədris edilirdi. “Qarabağnamə”lərin müəlliflərindən biri olan Mir Mehdi Xəzani tərəfindən tikilmiş bir məktəbdir. Onun da məzarı bu kənddədir. Bu məktəbin çoxlu sayda məzunları olub. Məsələn, Xudadat bəy Məlikaslanov, Cavad bəy Yeqanov və digər dəyərli ziyalıların adını çəkə bilərik”.

Tarixçi-alim buradakı Ktiş qalasının orta əsr memarlıq üslubunda inşa edildiyini qeyd edib: “9-cu əsr məlumatlarına baxarkən, biz Xürrəmilər hərəkatı zamanında babəkilərin Araz çayını keçərək Tuğ ərazisində yadellilərə qarşı mübarizə apardığının şahidi ola bilərik. Ümumiyyətlə, Tuğda çox görkəmli nəsillər yaşayıb. Məlikaslanovlar, Yeqanovlar, Aslanbəylilər, Səlimbəylilər, Cəfərovlar, Vəliuşaqlılar və digərləri".

Video: Vüqar Xanlarov

Montaj: Rəvan Novruzov

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam