Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

“İrəvan və Zəngəzurdakı abidələrimiz də dağıdılıb” -Tarixçi alim

“İrəvan və Zəngəzurdakı abidələrimiz də dağıdılıb” -  Tarixçi alim
1813-1828-ci illərdə bağlanan Gülüstan və Türkmənçay müqavilələri ilə Şimali Azərbaycan xanlıqları Çar Rusiyasının tərkibinə daxil oldu. 1828-ci ilin martında isə Çar Rusiyası xanlıqların ərazisində erməni vilayəti yaratdı. O zaman ermənilər burada onsuz da azlıq təşkil edirdi. Lakin Çar Rusiyası onlara köməklik göstərdi. Erməni vilayəti yaratmaqla qalmadılar, həmin torpaqlarda sonradan İrəvan quberniyası quruldu. Əhalinin sayı İran və Osmanlı dövlətlərindən gətirilən ermənilərin hesabına bir neçə dəfə artdı.
Yenixeber.org: Bunu Milli Məclisin deputatı, tarixçi-alim Anar İsgəndərov deyib. O bildirib ki, bundan sonra azərbaycanlı əhali üçün fəlakətli günlər başlayıb.

“O dövrdən bəri təkcə həmin torpaqlardan azərbaycanlılar köçürülməyib. Eyni zamanda İslam dini ilə bağlı müqəddəs abidələrimiz, məscidlər, mədrəsələrin əksəriyyəti imkan düşdükcə ermənilər tərəfindən dağıdıldı. Xüsusilə İrəvan şəhəri daxil olmaqla, Qərbi Azərbaycan torpaqlarında kifayət qədər dini-tarixi abidələr var idi. Bununla da kifayətlənmədilər. Saxtakarlığa əl ataraq həmin torpaqlarda olan alban abidələrini erməniləşdirməyə başladılar. “Ustalıqla” alban abidələri ermənilərin qədim tarixi kimi təqdim edilməyə başlanıldı. 2009-2015-ci illərdə Tiflis arxivində şahidi oldum ki, həmin əraizlərdə olan və dağıdılan məscidlərin şəkilləri bu gün artıq yoxdur. Xoşbəxtlikdən həmin şəkilləri Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə ölkəyə gətirə bildik. Təəssüflər olsun ki, abidələrin əksəriyyəti, İrəvanın mərkəzindəki Cümə məscidi qalmaq şərtilə məhv edilib. Bu, erməni xislətdir”.

A.İsgəndərov bildirib ki, erməni vəhşilikləri birinci Qarabağ müharibəsində özünü göstərib: “Ermənilər bu torpaqlarda abidələri məhv edib. Salamat bir abidə də qalmayıb. Hətta işğaldan azad edilən torpaqlarda Azərbaycan bayrağını asmağa salamat bina tapılmayıb.

Qarabağ müharibəsi dövründə ermənilər Azərbaycan xalqına qarşı hansı soyqırımı həyata keçiribsə, onun mədəni-dini abidələrini necə məhv edibsə, İrəvanda, Zəngəzurdakı tarixi abidələriə qarşı da eyni vəhşiliyi törədiblər. Müəyyən abidələr qalmışdısa da, ermənilər onları azərbaycanlılar 1948-53-cü illərdə deportasiya edilərkən dağıtdılar. 80-ci illərin ortalarında azərbaycanlılar İrəvandan köçürüləndən sonra yer adları, şəhər-kənd, dağ adları birmənalı olaraq erməniləşdirildi. Bu gün hansı şəhərə, kəndə baxırsan, onun əvvəlki adı türk olub, sonradan erməniləşdirilib. Düşmən o qədər hayassızdır ki, Zəngəzurun, Ağdamın, Füzulinin adını dəyişib. Bu, erməni xislətidir. Amma 44 günlük qələbəmiz ermənilərin arzusunu ürəyində qoydu. Azərbaycan dağıntıları dünyaya bəyan edib, erməni faşizmini ifşa etdi. Ermənilərin Azərbaycan abidələrinə qarşı etdiyi cinayət əməlləri ilə bağlı sənədlər artıq bizdədir və bundan sonra erməni xislətini açmaqda davam edəcəyik”.

Tarixçi alim, həmçinin qeyd edib ki, heç bir torpağı olmayan, onun-bunun qoltuğuna sığınan, göz yaşı ilə hörmət qazanmağa çalışan, imkan olanda faşistlərdən də artıq qəddarlıq edən millət düşünəndə, hər kəsin yadına yalnız ermənilər düşür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam