Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Prezident Azıx mağarasında!  -VİDEO

Prezident Azıx mağarasında!  - VİDEO

“Azıx kəndi qədim Azərbaycan kəndidir. Qədim yaşayış yeridir. Təbiəti də çox gözəldir buraların”. 

Yenixeber.org: Bu sözləri Xocavənd rayonunun Azıx kəndində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Qədim Azıx mağarasına da baş çəkən dövlət başçısı deyib: “Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik. Öz fiziki formamımızı göstəririk. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burda tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanın yaşayış yerlərindən biridir. Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir.

Ermənistan qanunsuz olaraq bu mağarada işlər aparmışdır. Qanunsuz olaraq xaricdən alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Bu ziyanın hamısını onlar ödəyəcək. Onları məcbur edəcəyik.

Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir və bundan sonra azərbaycanlı alimlər və onların dəvətilə bura gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar”.

Həmin fraqmentləri təqdim edirik:



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam