Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ermənilər Azıx mağarasının altını üstünə çevirirlər

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal altındakı Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında rəsmi Bakının icazəsi olmadan qanunsuz arxeoloji qazıntı işləri davam etdirilir.

 

"Xeberinfo.com":    Modern.az saytı xəbər verir ki, ermənilərə məxsus sosial şəbəkələrdə Azıx mağarasında aparılan qanunsuz ekspedisiya işlərini özündə əks etdirən ən yeni fotolar yerləşdirilib. Bu fotolardan məlum olur ki, əraziyə dəvət etdiyi beynəlxalq arxeoloqlar qrupunun köməyilə Azıx mağarasının altını üstünə çevirən Ermənistan rəhbərliyi növbəti fitnəkar əməllərə imza atmaqdadır.

Hazırda Azıx mağarasında qazıntı ilərini davam etdirən beynəlxalq arexeoloqlar qrupuna Ermənistan, İngiltərə, İrlandiya və İspaniya alimləri daxildir. Beynəlxalq tədqiqatçılar qrupuna İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo və Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan başçılığı edirlər.

Verilən məlumatlardan belə məlum olur ki, ermənilər Azıx mağarasındakı ekspedisiya işlərinə təkcə əcnəbi ailmləri cəlb etməyiblər, bura həm də xarici elm ocaqlarında təhsil alan aspirantlar, dissertantlar və eyni zamanda jurnalistlər dəvət olunublar. 
Ekspedisiya qrupu Azıx mağarasındakı son qazıntılar nəticəsində dünya elminə gərəkli olan çoxlu qiymətli materiallar aşkar edib. Şübhəsiz ki, bu tapıntılar dünyaya erməni maddi tarixi-mədəniyyət nümunələri kimi təqdim ediləcək.

İşğal altındakı Fizuli şəhərindən 16 km aralıda yerləşən, Qururçay sahilindəki məşhur Azıx mağarası ibtidai insanların yaşayışını, məişətini və dünyagörüşünü tədqiq etmək baxımından həmişə alimlər üçün böyük maraq kəsb edib. 
Hazırda Qarabğdakı separatçı rejimin nəzarəti altında olan Azıx mağarasında qanunsuz tədqiqat işləri 1999-cu ildən başlayaraq bu günümüzdə də davam etdirilir.  
300-350 min il bundan əvvl yaşamış insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam