Redaktor seçimi
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Günün xəbəri

ZAKİR HƏSƏNOV POLKOVNİKİ VƏZİFƏSİNDƏN AZAD ETDİ -Nəcməddin Sadıkova yaxın şəxs olub

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbərliyində dəyişiklik edilib. 

Yenixeber.org: MOİK-in rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, həmin vəzifənin icrası müvəqqəti olaraq polkovnik-leytenant Mənsur Nəcəfova həvalə edilib.

Xatırladaq ki, Elxan Məcidov MOİK-ə 2019-cu ildən rəhbərlik edirdi.

 

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik Elxan Məcidovun işdən çıxarılması barədə xəbər bu gün yayılsa da, o təxminən bir ay əvvəl vəzifəsindən azad edilib.

Hit.az-a daxil olan məlumatlarda bildirilir ki, Elxan Məcidov Azərbaycan Silahlı Qüvəlləri Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıkova yaxın şəxs kimi tanınır. O, bir müddət Nəcməddin Sadlkovun yavəri olub. Daha sonra Müdafiə Nazirliyi Maddi Texniki Təminat Baş İdarəsinin planlaşdırma şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Etimadı doğrultmadığından bir müddət sonra tutduğu vəzifədən azad edilib. Lakin işsiz qalmayıb. Nəcməddin Sadıqovun dəstəyilə MOİK-in rəisi vəzifəsinə təyinat alıb. Nəcməddin Sadıkov işdən çıxarılandan az sonra isə vəzifəsini itirib.

İddialara görə, Elxan Məcidovun işdən çıxarılması yalnız Nəcməddin Sadıkova yaxın şəxs olması ilə bağlı deyil. Həm də bir kadr kimi potensialının kifayət qədər aşağı olması və mənfi reputasiyaya malik olmasıdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam