Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

İşğaldan azad edilmiş ərazidə qəzaya düşən şəxslər -işdən çıxarıldı

İşğaldan azad edilmiş ərazidə qəzaya düşən şəxslər işdən çıxarıldı - EKSKLÜZİV

Tərtər rayonu ərazisində yol qəzasına düşən vəzifəli şəxslər işdən çıxarılıb.

Yenixeber.org: Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qərar imzalayıb.

Qərara əsasən, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov, Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçisi - baş mühasibi Nicat Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi - baş mühasibi Göyüş Muradov vəzifələrindən azad edilib.

Tərtər Rayon İcra Hakimiyyəti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, hadisə ötən həftə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınıb.

Belə ki, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi A.İsmayılov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan zaman havanın qar və buzlu olması səbəbindən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Nəticədə A.İsmayılov və onun sərnişinləri - Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi O.Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçisi - baş mühasibi N.Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi - baş mühasibi G.Muradov və Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Müayinə zamanı C.Quliyevə döş fəqərələrinin sınığı diaqnozu qoyulub. Lakin onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam