Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Şuşadan qaçan erməni zabit -“Hər yerdə meyit və yaralı görürdük”

Şuşadan qaçan erməni zabit:  “Hər yerdə meyit və yaralı görürdük”
"Hadrutda hərbi hissədə xidmətdə idim. Sentyabrın 27-si səhər saatlarında tağımı düzüb yeməkxanaya aparırdım. Bir anda şəhərdə şimşəklər çaxmağa başladı"
Yenixeber.org: Bunu ikinci Qarabağ müharibəsində məğlub olan Ermənistan ordusunun baş leytenantı Qriqor Ambaryan deyib.

O, erməni KİV-ə müsahibəsində şahidi olduğu müharibə xatirələrindən danışıb: “Hadrutun necə ələ keçirilməsi məni çox maraqlandırır. Döyüş mövqelərimiz düşmən üçün əlçatmaz olsa da, arxa tərəfimiz zəif idi. Şəhər alınan günü düşmən artıq hər tərəfdən irəliləyirdi və beləcə mövqeləri qoruya bilmədik. Onlar arxamızda göründülər".

Erməni zabitin sözlərinə görə, 44 günlük müharibə və döyüşlərdə PUA-lardan istifadə o qədər gərgin və intensiv hal alıbmış ki, onlar tez-tez əks-hücumlar qura bilməyiblər.

“Ayın 5-dən 8-dək Şuşada oldum. O günlər mənim üçün unudulmazdır. Taborum çağırış taburu idi. Deyiləndə ki, biz Şuşaya getməliyik, bu üç aylıq əsgərlərin döyüşə biləcəklərini düşünməyə başladım. Təyin olunan mövqelərə çatmağımızdan 5 dəqiqə keçməmişdi ki, qızğın döyüşlər başladı. Şuşa döyüşlərində çox sayda düşmən əsgəri var idi. Məncə, onlar "Yaşma"nın (Xüsusi Təyinatlı Qüvvələr -red) hərbçiləri idilər. Biz müdafiəyə çəkildik deyə düşmən Şuşaya girə bilmədi. Amma mühasirədə idik. Təxminən 300-400 nəfər olardıq. Sonra davamlı hücumlar təşkil etdilər. Onların da qurbanları oldu, biz də itkilərə məruz qaldıq. Yaralılara kömək edə bilmədik. 7 noyabrda sübh çağı əks-hücuma keçməli olduq. Hər şey artıq aydın idi -ya onlar, ya da biz qazanmalı idik.

Şuşaya 3 gün heç bir kömək gəlmədi, geri çəkilmək əmri aldıq. Təminatımız qalmamışdı. Cəmi iki tank qalmışdı və çoxlu sayda yaralılarımız var idi. Gecə meşə ilə Xankəndinə enməyə çalışdıq. Qarşımıza 6 nəfərlik bir qrup çıxdı. Aktiv atışmalar başladı. İrəlilədik, dəstə-dəstə bu müdafiədən keçib Xankəndinə getdik. Meşədən çıxmazdan əvvəl 3 belə qrupla üzləşmişdik. Hər yerdə meyit və yaralıları görürdün..."

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam