Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Döyüşlərdən qaçıb İrana keçən Ermənistan əsgərləri axtarılır

 

 Sosial şəbəkələrin erməni seqmentində günlərdir ki, Ermənistan ordusunun Arazboyu ərazilərdə gedən döyüşlərdən qaçan bir qrup əsgərinin İran ərazisinə keçdiyi haqda məlumatlar paylaşılır.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, övladları Cəbrayılda, Zəngilanda və Xocavənd istiqamətində xidmət edən və döyüşlərdə itkin düşmüş valideyinlərə İran səfirliyi ilə əlaqə saxlamaq tövsiyə olunur. Müdafiə Nazirliyinin nümayəndəsi Şuşan Stepanyan isə deyib ki, onlar “müəyyən sayda hərbi qulluqçunun” İran ərazisinə keçməsi barədə informasiyalarla bağlı müvafiq kanallarla bu ölkə ilə əlaqə saxlayır. Amma hələlik İranın Yerevandakı səfirliyindən bu ölkə ərazisində Ermənistan hərbçilərinin olduğunu təsdiqləyən məlumat daxil olmayıb.

Xatırladaq ki, Arazboyu ərazilərdə gedən şiddətli döyüşlər zamanı Azərbaycan ordusunun hücumu qarşısında tab gətirməyən düşmən əsgərlərinin mövqelərini tərk edərək nizamsız şəkildə geri qaçması halları baş verirdi. Bu zaman bir qrup erməni əsgərinin Araz çayını keçərək İrana qaçdığı haqda məlumatlar var idi. Belə ki, döyüşlərdən qaçan düşmən əsgərlərini arxada hərbi polis tərəfindən güllələnmək təhlükəsi gözləyirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam