Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yeni pandemiya, yoxsa yeni dalğa? –Bizi nə gözləyir?

Koronavirus hələ də bütün dünyada sürətlə davam edir. Hətta artıq bir çox ölkələrdə mutasiya olunmuş virus da yayılmağa başlayıb. Bir-birinin ardınca ortaya çıxan mutasiyalar yeni pandemiya həyacanını daha da artırır. Mütəxəssislər hesab edirlər ki, koronavirusun yeni ştamlarının fəsadları daha ağır ola bilər.
Yenixeber.org: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, dünyada COVID-19-a yeni yoluxma hallarının sayının azalması fonunda yeni mutasiyalarının aşkar olunduğu ölkələrin sayı artmaqda davam edir. Həmçinin yeni ştammın Azərbaycandan da yan keçməyəcəyi deyilir.
Bəs koronavirus ştammlarının artması yeni pandemiyaya səbəb ola bilərmi? Proseslər necə davam edəcək?
Mövzu ətarfında Bakupost saytına danışan “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov hesab edir ki, yeni ştamlar nə qədər sürətli yayılsa da, koronavirusun yayıldığı qədər qorxulu görünmür:
“Çünki artıq cəmiyyət koronavirusla mübarizədə müəyyən təcrübə, qorunma tədbirləri qazandı. Məsələn, ötən ilin fevralı ilə bu ilin fevralını müqayisə etsək bunu görərik. Artıq cəmiyyətdə qorunma tədbirləri haqqında məlumatlar var, təlimatlara riayət edirlər, müxtəlif strukturlar fəaliyyət göstərir. Bu gün artıq müalicə ilə bağlı ortada uğurlar var, ciddi protokollar var. Ölkəmizdə də bunlar uğurla tətbiq olunmaqdadır. Digər ən mühüm məsələ isə vaksindir. Hazırda dünyada 66 vaksin tədqiqat mərhələsindədir. Onlardan 20-si üçüncü fazanı keçməkdədir. Həmin vaksinlərdən bəziləri artıq tətbiq olunur. Bu da onu göstərir ki, ştammlarla mübarizəyə bir il öncəki kimi əliyalın şəkildə getməyəcəyik. Ştammların genetik olaraq eyni ailədən çıxdığını və yaxınlığını nəzərə alsaq, vaksinlərin yeni ştammlardan da qoruya biləcəyini deyə bilərik. Amma daha konkret sözü təbii ki, müəyyən zamandan sonra aparılacaq tədqiqatların nəticələrinə elm adamları verə deyəcək”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirib ki, yeni ştammın yoluxuculuq qabiliyyəti daha yüksəkdir:
“COVID-19-un bir çox ştammları var. Britaniya ştammı yeni bir ştammdır və onun yoluxuculuq qabiliyyəti yüksəkdir. Bu baxımdan yeni pandemiyadan deyil, yeni dalğadan söhbət gedə bilər. Britaniya ştammı sürətlə yayılsa, vaksinasiya aktiv aparılmasa, əlbəttə, 3-cü dalğanı biz gözləyə bilərik. Ona görə də dünya ökələri tələsməli, vaksinasiya əleyhinə aparılan təbliğatın qarşısı bütün vasitələrlə alınmalıdır. İnsanlar maarriflənməlidir. Təəssüflər olsun ki, bizdə bu işlər çox aşağıdır. İnsanlar vaksinasiyaya həvəslə getməlidir. Çünki bundan optimal yol yoxdur. Pandemiyanın yeni dalğası məhz bu mübarizə vasitələrinin adekvat olmamasından qaynaqlana bilər”.
İnfeksionist Mərdan Əliyev isə söyləyib ki, yeni ştamlar sürətlə yayılır:
“Hansısa təhlükənin olub-olmayacağı ilə bağlı hazırda bir şey demək mümkün deyil. Onun digərindən neçə dəfə sürətlə yayılmasını bilmirik. Sadəcə modelləməklə orada geni tapıblar. Hətta bəzi alimlər deyirlər ki, mutasiyanın sürətlə yayılması bəlkə də insanların xeyrinədir. Çünki mutasiyaya uğrayıb bu formada da aradan çıxa bilər. Amma digər tərəfdən də sürətlə yayılması epidemik cəhətdən pisdir. Hələlik bizdə virusun yeni ştammı yoxdur, vaksinasiya prosesinə də başlanılıb. Təbii ki, vaksinasiyanın da buna təsiri var. Bəzən deyirlər ki, mutasiya vaksinin effektliliyini bir az azalda bilər. Amma bu 100 faiz deyil. Müəyyən qədər azalda bilər. Bu bir ehtimaldır. Sübut olunmuş bir şey deyil, təcrübədə də özünü doğrultmayıb. Nəzərə alsaq ki, üzü yay fəslinə gedirik, vaksinasiya prosesinə də başlanılıb. Ona görə də insanlar üçün təhlükəli olduğunu düşünmürəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam