Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Koronavirusun ən çox yayıldığı ölkələrdə təhlükə artır -SİYAHI

Dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 9 904 963-ə çatıb.

Yenixeber.org: Bu barədə ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.

Bildirilir ki, koronavirusun aşkarlandığı ölkələrdə pandemiya ərzində təhlükəli virusdan ölənlərin sayı 4 96 866 nəfərə yüksəlib. Bununla yanaşı, virusa yoluxmuş 5 357 840 pasiyent sağalıb.

Dünyada koronavirusa yoluxma hallarının sayına görə əvvəlki kimi ABŞ liderdir. Birləşmiş Ştatlarda 2 552 956 insan COVID-19 xəstəsi kimi qeydə alınıb, ölənlərin sayı 127 640 nəfərə çatır.

Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində virusa 1 280 054 insan yoluxub, virusdan vəfat edənlərin sayı 56 109 nəfərə yüksəlib.

Qonşu Rusiya koronavirusun yayılması baxımından siyahıda üçüncü yerdədir. Bu ölkədə COVID-10-a 620 794 yoluxma qeydə alınıb, 8 781 nəfər ölüb. 

 

 

Hindistan da koronavirus pandemiya baxımından ən çox təhlükəli ölkələr siyahısında yer alıb. Cənubi Asiyanın bu ölkəsində 509 446 insan virus daşıyıcısı kimi qeydiyyata alınıb, 15 689 nəfər ölüb.

Böyük Britaniya pandemiya baxımından ən təhlükəli ölkələrin ilk beşliyinə daxildir. Birləşmiş Krallıqda COVID-19-a 309 360 yoluxma aşkarlanıb. Eynu zamanda 43 414 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Koronavirus pandemiyasının ən çox yayılması ilə bağlı siyahıda İspaniya, Peru, Çili, İtaliya, İran, Meksika, Pakistan, Türkiyənin, Almaniyanın da adları var. Bu ölkələrdə 190 mindən çox insanın koronavirus testi müsbət çıxıb. Dünyada hər milyon nəfərə yoluxma sayına görə Ermənistan birinci yerdədir.  

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam