Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Dünyada -koronavirusdan ölənlərin sayı yarım milyonu ötdü

Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı yarım milyonu keçib.

Yenixeber.org: Bu barədə ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verilir.

Koronavirusun aşkarlandığı 213 ölkə və bölgənin ümumi məlumatlarına əsasən pandemiya ərzində dünyada koronavirusdan ölüm hallarının sayı 503 597 nəfərə çatıb.

Bundan başqa, 10 218 562 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.

Bu halda COVID-19-dan 5 521 578 insan sağalıb. 

Dünyada virusa aktiv yoluxma hallarının sayı 4 193 387-dir. Koronavirus xəstələrindən 57 943-ü ağır vəziyyətdədir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam