Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Beynəlxalq biznes Qarabağa dəvət edilir - Kestutis Yankauskas

Beynəlxalq biznes Qarabağa dəvət edilir -  Kestutis Yankauskas

“Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir”.

Yenixeber.org: Bunu Avropa İttifaqı (Aİ) və Ədliyyə Nazirliyinin birlikdə həyata keçirdiyi “Azərbaycanda mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsinin açılış mərasimində çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

“Ümid edirik ki, ötən il baş tutmamış Avropa-Azərbaycan biznes forumu yenidən baş tutacaq. Tezliklə yenidən biznes mühiti sorğusu keçiriləcək. Bu, mütəmadi olaraq həyata keçirdiyimiz Avropa İttifaqının bizneslərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı olan bir məlumat sorğusudur”, - deyə Aİ-nin səfiri vurğulayıb.

Onun sözlərinə görə, biznes və biznes mühiti ilə bağlı bir sıra qiymətləndirmələr, investisiya ilə bağlı müvafiq qiymətləndirmələr və s. sorğular keçirilməkdədir: “Onlar mükəmməl, funksional qanunun aliliyi və məhkəmə sisteminin olmağının biznesin həmin ölkədə həyata keçirilməsi üçün ən ümdə prinsip olduğunu vurğulayırlar. Azərbaycan da bu sahədə gələcək illərdə sözügedən islahatların irəli aparılmasında çox işlər görəcək və görməlidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Beləliklə də beynəlxalq tərəfdaşlıq, beynəlxalq biznes artıq işğaldan azad olunmuş torpaqlara dəvət edilməkdədir. Çünki birlikdə əməkdaşlıq etmək niyyəti bildirilməkdədir. Ən qabaqcıl müasir texnologiyalar, rəqəmsal texnologiyaların gətirilməsi də planlaşdırılır. Ümid edək ki, bu sahədə də biznes komponenti Azərbaycanla Avropa İttifaqı arasında güclənəcək. Bunun üçün də qanunun aliliyi heç şübhəsiz çox fundamental məsələdir. Məmnuniyyət hissi ilə qeyd edim ki, Avropa İttifaqının nümayəndə heyəti məhz bu məsələlərdə alternativ vasitələrin təqdim olunmasında mühüm tərəfdaşlardan biri olub”. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam