Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Aİ nümayəndəliyinin rəhbəri: “Azərbaycanın nəqliyyat ...” -MÜSAHİBƏ

Elshan Baba — Aİ-nın Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Kestutis Yankauskas

 

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas saytımıza Azərbaycanın nəqliyyat hubına çevrilməsindən danışıb.

Yenixeber.org:   Artiq bir müddətdir ki, biz “Aviasiya sazişi”nin imzalanacağı ilə bağlı xəbərlər eşidirik. Bu sazişin imzalanması nədən yubanır və onun tətbiqi bizə nə verəcək?

“Aviasiya sazişi” Azərbaycanın nəqliyyat hubına çevrilməsi, “İpək yolu”nun bərpası, ölkəyə daha çox turist cəlbi baxımından külli miqdarda imkanlar yaradacaq. Nümunə üçün deyim ki, oxşar razılaşmalar Avropa İttifaqı digər ölkələrlə də imzaladı və bu daha çox biznes imkanlarının genişləndirilməsinə şərait yaratdı. Hansı ki, bu həm ölkə, həm də vətəndaşlar üçün yaxşıdır. Hazırda Azərbaycanla olan saziş təxminən hazırdır. Biz Azərbaycan tərəfinin son təkliflərini gözləyirik. Aİ olaraq biz Azərbaycanla tezliklə bu sazişi imzalamağa hazırıq.

Bir qədər sualımı dəqiqləşdirim. “Aviasiya sazişi”nin imzalanmasına hansı amillər mane olur?

Biz danışıqlarda heç vaxt problemlərdən danışmırıq. Biz sadəcə hər iki tərəf üçün gələcək imkanlara yol açacaq razılaşma üçün çalışırıq. Hazırda saziş üzrə bir çox işləri yekunlaşdırmışıq. Tezliklə son təkliflər də masanın üzərində olacaq və imzalanma üçün hazır olacaq.

Biz Avropa və yerli daşıyıcı, həmçinin Azərbaycanın nəqliyyat hubına çevrilməsi və Azərbaycan vətəndaşları üçün ən yaxşı imkanlar aça biləcək təkliflər veririk.

Nəqliyyat hubı demişkən, bir müddət əvvəl Dünya Bankının Azərbaycan nümayəndəliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan dəmiryolları infrastrukturunun yenidən qurulmasının maliyyələşdirilməsi üçün danışıqlar aparıldığını bildirmişdilər. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İnvestisiya Bankı (EIB) bu prosesə dəstək verə bilərmi?

İcazə verin izah edim. Dediyim kimi Azərbaycan regionda nəqliyyat hubı olmaq istəyir. Bunun mənası odur ki, bütün nəqliyyat xətləri Azərbaycanda kəsişir. Şimal, Cənub, Şərq və Qərbi Avropa İttifaqı olaraq biz təkcə Şərq və Qərb nəqliyyat yollarının deyil, eyni zamanda Şimal və Cənub yollarının da Azərbaycanda kəsişməsindən maraqlıyıq. Bu həmin nəqliyyat hubının necə əlaqəli işləməsini göstərir. Biz Azərbaycanda daha çox yolların kəsişməsini dəstəkləyirik. 

İkincisi mən bildiyim qədər, EBRD və Asiya İnkişaf Bankı (ADB) bu prosesə dəstək verməyə hazırdılar. EBRD-nin dəstəklədiyi Gəncədən-Tbilisiyə gedən yolun sərhədə qədər olan hissəsinin yekunlaşdırılması işləri gedir. Həmçinin ADB Bakı-Yalama dəmiryolu xəttinin reabilitasiyasının həyata keçirilməsinə dəstək verir. İnanıram ki, əgər Azərbaycan daha böyük dəstək istəsə EBRD və EIB dəstək verə bilərlər. Biz öz ortaq maraqlarımız naminə Azərbaycana dəstək verməyə hazırıq. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam