Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kestutis Yankauskas: "Azərbaycanla Aİ arasında yeni əməkdaşlıq sazişinin imzalanması üçün yaxşı zəmin var"

“Azərbaycanda sosial müdafiə sahəsi ən ciddi dəyişikliklər ilə fərqlənən sahədir. Pensiya islahatı, sosial xidmətlərlə bağlı layihələrin icrası, DOST Agentliyinin yaradılması buna nümunədir”.

Yenixeber.org: Bunu “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin bağlanış mərasimində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, təhsil, insan kapitalı sahəsinə yatırımların edilməsi və bunun gələcək məşğulluqla əlaqələndirilməsi ehtiyacların qarşılanması gələcəyə aparan yol deməkdir: “Avropa İttifaqı bu işlərdə iştirak etməkdən məmnundur. Biz hər zaman qabaqcıl təcrübəni paylaşmağa hazırıq. Azərbaycan ilə Aİ arasında əməkdaşlığın artması üçün çox imkanlar olacaq”.

Səfir bildirib ki, Azərbaycan ilə Aİ arasında yeni əməkdaşlıq sazişinin imzalanması üçün artıq çox yaxşı zəmin var: “Köhnə sazişin imzalanmasından 20 il vaxt keçib. Yeni tərəfdaşlıq sazişi daha mütərəqqi layihələrin təşəkkül tapması üçün bir bünövrə olacaq. Biz hazırda İqtisadiyyat Nazirliyi ilə növbəti iki il üçün əməkdaşlıq sazişinin imzalanması üzərində işləyirik. Ümid edirik ki, bu il o da gercəkləşəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam