Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Alman-Azərbaycan biznes forumu keçiriləcək

Alman-Azərbaycan biznes forumu keçiriləcək

Azərbaycanın energetika naziri Pərviz Şahbazov 9 oktyabr 2018-ci il tarixində Bakıda keçiriləcək Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumunun açılış mərasimində iştirak edəcək. Həmçinin, Uniper SE şirkətinin Baş Kommersiya Direktoru Keith Martin və ARDNŞ-nin Sərmayələr və Marketinq üzrə Vitse-Prezidenti cənab Elşad Nəssirov Forumda açılış nitqi ilə çıxış edəcək

Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumu 9 oktyabr 2018-ci il tarixində Fairmont Bakı Hotelində baş tutacaq. Bu il biznes tədbirində Azərbaycan Respublikasının bir sıra nazirləri (nazir müavinləri), Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin nümayəndəsi, eləcə də Azərbaycanda fəaliyyət göstərən aparıcı alman şirkətlərinin Baş İcraçı Direktorları da daxil olmaqla, Azərbaycan hökumətinin və biznes şirkətlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.

Azərbaycanda biznes mühiti və mövcud layihələr barədə İmpuls bölümündən əlavə, tədbirin proqramına Enerji sektorunda innovasiyalar və iqtisadi islahatların aparıcı qüvvəsi kimi İKT sektoruna dair paralel müzakirələr daxildir.

Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumunun əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək və işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etməkdir. Forumun əsas mövzusunu Enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edir. Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Tədbirdə iştirak ödənişsizdir və qeydiyyat üçün son tarix 1 oktyabr 2018-ci ildir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam