Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Paşinyan yenə canlı yayıma çıxdı –Şuşadan DANIŞDI

Ermənistan baş naziri Nikol Paşinyan bu gün özünün Facebook hesabından yenidən canlı yayıma çıxıb.

Yenixeber.org: Paşinyan Şuşa şəhəri ilə bağlı bir müddət əvvəl dediyi “əhalisinin 90%-i azərbaycanlı olan Şuşa erməni şəhəri sayıla bilərmi?” açıqlamasına izahat verib.

O, sözlərinin yanlış anlaşıldığını deyib.

“Mən Şuşa barədə danışarkən Vladimir Putinin təklifinə toxunmuşdum. Amma həmin variant şəhərin 90%-dən çox əhalisinin azərbaycanlı olmasını nəzərdə tuturdu. Odur ki, “Şuşa bu statusda erməni şəhəri sayılırmı” sualına cavab vermişəm”.

Paşinyan Putinin təklifinin qəbul olunacağı təqdirdə, Şuşa əhalisinin 1992-ci ildəki demoqrafik tərkibinin əsas götürüləcəyini xatırladıb.

“Mən bu təklifə reaksiya verdim. Əhalisinin 96%-dən çoxu azərbaycanlı olacaq şəhər necə erməni nəzarəti altında sayıla bilərdi?”-deyə Paşinyan qeyd edib.

Baş nazirin fikrincə, Qarabağın yekun statsununu həll olunmadığı halda bu sayda azərbaycanlı məcburi köçkünün Şuşaya dönüşü qəbuledilməz idi. (modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam