Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Paşinyanın -Şuşa ilə bağlı gizli görüşü üzə çıxdı

Paşinyanın Şuşa ilə bağlı gizli görüşü üzə çıxdı
Ermənistanın "Vətən" partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan keçmiş döyüşçü, general-mayor Vitali Balasanyan ilə baş nazir Nikol Paşinyan arasındakı görüşün təfərrüatlarını açıqlayıb.
Yenixeber.org: Balasanyan Paşinyana Şuşanı müdafiə edəcəyinə söz verdiyini desə də, sonradan hansısa gizli əl onu əraziyə buraxmayıb:

"25, ya da 26 oktyabrda Vitali Balasanyan İrəvanda Paşinyanla görüşdü. Bu görüş hər kəsə qəribə gəldi. Çünki Balasanyan Nikol Paşinyanı kəskin tənqid edənlərdən biridir. Vitali Paşinyandan cəbhədə ən ağır istiqamətin hara olmasını soruşdu. Paşinyan isə Şuşa cavabını verib. Balasanyan, "Mənə Şuşanın müdafiəsini tapşırın, əgər bacarmasam, Vitali şəhəri qoruya bilmədi, xain çıxdı deyərsiz”.

Vanetsyan deyib ki, məlum görüşdən dərhal sonra Vitali Balasanyan silahdaşlarını “Artsax”a (Qarabağ-red.) gəlməyə və mübarizəyə qoşulmağa çağırıb. Lakin Qarabağda Balasanyanın Şuşanın müdafiəsinə qoşulmasına icazə verilməyib:

"Balasanyan son günə qədər Şuşanın müdafiəsində iştirak etmədi, "Artsax"da (Qarabağ-red) ona belə bir təlimat almadıqlarını söylədilər. Sual yaranır, niyə Balasanyanın Şuşanı müdafiə etməsinə icazə verilmədi? ”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam