Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Piyada keçidi problemi niyə illərdir həll olunmur? –RƏSMİ AÇIQLAMA

Abşeron rayon Yeni Saray qəsəbə sakini, İmanyar Quliyev yaşadıqları ərazidə illərdir piyada keçidi və dayanacağının olmamasından şikayətçidir.
 Yenixeber.org: Bununla bağlı saytmıza müraciət edən İ.Quliyev Bakı-Sumqayıt yolunda bərpa-təmir işləri ilə əlaqədar 1 hərəkət zolağının işlədiyini və bunun insan həyatı üçün daha təhlükəli olduğunu bildirdi:  
“Biz Yeni Saray qəsəbəsində yaşayırıq. Həmin yer də yeni salındığına görə rəsmi olaraq yaşayış massivi deyil. Artıq 10 ildən çoxdur ki, həmin ərazidə yaşayış olsa da piyada keçidi və ya avtobus dayanacağı yoxdur. Yolun o biri tərəfinə keçmək istəyəndə qaça-qaça keçirik. Bunun qocası var, uşağı var. Onların həyatı üçün ciddi təhlükə yaradır. Həmin yolda maksimal sürət həddi əvvəl 110 idisə, indi 90 olub. Eyni zamanda, yolun genişləndirilməsinə görə təmir işləri getdiyindən yol birtərəfli işləyir və bu daha təhlükəlidir. Dəfələrlə şahidi olmuşam ki, maşın az qala piyadanı vursun. Bununla bağlı bir dəfə müraciət etmişəm, heç bir cavab gəlməyib. Həmin ərazidə avtobus problemi də var. Dayanacaq olmadığından saxlamırlar, çox zaman insanlar taksi ilə gedib-gəlir. Mənim bildiyim həmin ərazidə yaşayan 180 ailə bu vəziyyətdən əziyyət çəkir”.(yeniavaz)

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Avtomobil Yolları Dövlət Agentliyi hərəkətin təşkili və təhlükəsizliyi ilə bağlı məsələlərə baxmır:
“Biz sadəcə hər hansı bir ərazi üzrə təklif verə bilərik ki, bu ərazidə yeraltı və yerüstü piayada keçidinə ehtiyac var. Bu təklif əsasında hər hansı qərar çıxarılarsa ki, burada keçidə ehtiyac var biz onu icra etməyə hazırıq. Sözügedən ərazi ilə bağlı isə təklif etməmişik. Çünki, orada nə qədər ailənin yaşaması ilə bağlı mütəxəssislər tərəfindən araşdırmalar aparılmalıdır. Eyni zamanda həmin ərazidə yaşayan sakinlər Respublika Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilərlər ki, mütəxəssislər tərəfindən yerində baxış keçirilsin. Lazım olarsa bizim əməkdaşlar da prosesdə iştirak edə bilərlər”. 
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Yeniavaz.com-a açıqlamasında bildirdi ki, həmin yolun parametrləri piyada keçidini salınması üçün uyğun deyil:
“Orada yanlız yerüstü piyada keçidi inşa edilə bilər. Həmin piyada keçidlərini də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi inşa edir. Dayanacaqlar da həmçinin, harada, necə olmalıdır, biz baxmırıq. Bununla rayon İcra Hakimiyyətləri, paytaxtda isə Bakı Nəqliyyat Agentliyi məşğul olur. Lakin biz bir neçə yerdə məsələ qaldırmışıq və piyada keçidləri inşa olunub. Ümumiyyətlə hərəkətin təşkili ilə bağlı qərarlarda tək bizim qurum iştirak etmir, bununla bağlı komissiya var, qərar oradan verilir. Qərardan sonra isə AAYDA həmin keçidi inşa edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam