Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“İrəvanın təzminat ödəməsi üçün mexanizm var” -Deputat

“İrəvanın təzminat ödəməsi üçün mexanizm var” -  Deputat
27 ildən artıq müddətdə ermənilər tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə ciddi ziyan vurulub. Praktik olaraq bütün əmlak dağıdılıb, meşələr məhv edilib.
Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin Füzulidən seçilən deputatı Vüqar Bayramov deyib. O bildirib ki, bu gün işğaldan azad edilən ərazilərimiz 30 il əvvəlki dövrlə müqayisədə praktik olaraq tanınmaz hala düşüb:

"Bu isə ondan xəbər verir ki, rayonlarımıza kifayət qədər ciddi ziyan dəyib. Təbii ki, dəymiş ziyanın hesablanması və buna uyğun olaraq təzminatın ödənilməsi ilə bağlı müraciətin edilməsi vacibdir. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən göstərişlər verilib. Eyni zamanda ölkə başçısının tapşırığına uyğun olaraq prosesə xarici şirkətlərin və ekspertlərin cəlb edilməsi, təzminatla bağlı məsələnin beynəlxalq səviyyəyə çıxarılması işğalçı ölkədən təzminatın ödənilməsinə dair prosesləri daha da intensivləşdirir və aktuallaşdırır".



Deputat qeyd edib ki, ziyanın hesablanması ilə bağlı bir sıra beynəlxalq qurumların və Dünya Bankının xüsusi metodologiyası var.

"Dünya Bankı dörd istiqamət üzrə ziyanın hesablanmasını həyata keçirir və buna uyğun olaraq təzminatın ödənilməsi reallaşdırılır. Əvvəlki dövrlərdəki müharibələr də göstərir ki, təzminatın ödənilməsi mexanizmi, nümunələri var. İkinci Dünya Müharibəsindən başlayaraq indiyə qədər olan müharibələrin əksəriyyətində təzminatın ödənilməsi ilə bağlı məsələlər beynəlxalq müstəviyə təqdim olunub. Körfəz müharibəsində 200 milyard dollardan artıq təzminatın ödənilməsi ilə bağlı BMT tərəfindən xüsusi qətnamə qəbul edilmişdi".

V.Bayramov vurğulayıb ki, Azərbaycanın təzminatın ödənilməsi ilə istiqamətində fəaliyyəti beynəlxalq hüquq prinsiplərinə uyğundur.

"Beynəlxalq hüquq prinsipləri, beynəlxalq konvensiyalar ölkəmizə imkan verir ki, təzminatın ödənilməsi ilə bağlı proseslərin aparılması və beynəlxalq səviyyəyə çıxarılmasına nail oluna bilsin. Proses başlayıb və işğaldan azad edilmiş ərazilərimizdəki mövcud infrastrukturun vəziyyəti göstəririr ki, söhbət kifayət qədər böyük məbləğdə təzminatın ödənilməsindən gedir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam