Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gəncədə -əhaliyə dəyən ziyanın ödənilməsinə başlanıb

Gəncədə əhaliyə dəyən ziyanın ödənilməsinə başlanıb
Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncəyə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsinə başlanılıb.
Yenixeber.org: Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bununla əlaqədar olaraq Gəncədə raket hücumu nəticəsində yaşayış evlərinə ziyan dəymiş vətəndaşlara və ya onların qanuni nümayəndələrinə plastik kartlar paylanılıb. Vətəndaşlar banka yaxınlaşaraq plastik kartları təhvil alıblar. Havaların soyuq olmasını nəzərə alan Gəncə Şəhər İcra Hakimiyyətinin və Kapital Bank Gəncə filialının rəhbərliyinin təşəbbüsü ilə növbədə gözləyən sakinlər oturacaq və isti çayla təmin ediliblər. Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq sosial məsafənin gözlənilməsinə polis və Daxili Qoşunların əməkdaşları nəzarət ediblər. Vətəndaşlar göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə öz dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində ölkə üzrə mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9 068 128 manat ayrılıb.

Xatırladaq ki, Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən 5 gün: 4,5,8,11,17 oktyabr tarixlərində bir neçə dəfə raket atəşinə tutulub.

Nəticədə 26 mülki şəxs həlak olub, 120-dən artıq vətəndaş yaralanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam