Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Almaniya 2024-cü ildə 13,3 milyard avroluq silah ixrac edib

Almaniya hökuməti 2024-cü ildə rekord məbləğdə - 13,33 milyard avro dəyərində silah tədarük edib.

Yenixeber.org xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bu məbləğin yarıdan çoxu - 8,15 milyard avro Ukraynaya göndərilib. 2023-cü ildə Almaniyanın hərbi ixracı 12,13 milyard avro təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən təxminən 10 % çoxdur.

Döyüş silahlarının payı 61 % təşkil edib. Ukraynadan sonra ikinci ən böyük alıcı ölkə 1,21 milyard avro ilə Sinqapur olub. Daha sonra Əlcəzair (558,7 milyon avro), ABŞ (319,9 milyon avro) və Türkiyə (230,8 milyon avro) gəlir.

Son illərdə Almaniya Türkiyəyə silah ixracını kəskin şəkildə azaldıb. Hazırda bu göstərici təxminən 231 milyon avroya çataraq 2006-cı ildən bəri ən yüksək səviyyəyə qayıdıb. İsrail də 2024-cü ildə əsas alıcı ölkələrin onluğuna daxil olub. Lakin ixracın həcmi əvvəlki illə müqayisədə iki dəfə azalaraq 161,1 milyon avro təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam