Mühüm layihə: -Füzuli nəqliyyat qovşağına çevrilir
İşğaldan azad edilən ərazilərin bərpası və yenidənqurulması, eyni zamanda həmin ərazilərdə beynəlxalq standartlara uyğun nəqliyyat-logistika xidmətlərin təklif edilməsi prioritet məsələlərdəndir.
Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin Füzulidən seçilən deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Füzuli rayonunda beynəlxalq hava limanının inşası, yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad edilən ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur.
“Bu, xüsusən də Yuxarı Qarabağ və işğaldan azad edilən digər rayon və şəhərlərə xarici turistlərin gəlməsi baxımından əlverişlidir, yeni imkanlar yaradacaq. Qarabağın incisi sayılan və mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı çoxdur. Füzulidə hava limanının inşa edilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli, qısa yolla birbaşa işğaldan azad edilən ərazilərimizə getsinlər. Şuşa və digər şəhərlərimizi ziyarət edə bilsinlər”.
V.Bayramovun sözlərinə görə, Füzulidə hava limanının inşası Qarabağa gələn turistlərin sayına müsbət təsir göstərəcək.
“Hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar baxımından vacib hesab olunur. İşğaldan azad edilən ərazilərimizin sənaye potensialını nəzərə alsaq, orada istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından bu layihə vacibdir. Füzuli rayonu həm də Yuxarı Qarabağa gedən nəqliyyat qovşaqları üzərindədir. Yaxın gələcəkdə Naxçıvan dəhlizinin istifadəyə verilməsindən sonra hava limanı həm də nəqliyyat qovşağı olaraq böyük əhəmiyyətə malik olacaq. Naxçıvan dəhlizi istifadəyə veriləndən sonra onun beynəlxalq nəqliyyat, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinə inteqrasiya edilməsi müzakirə olunacaq məsələlərdəndir. Nəticə etibarı ilə hava limanı həm də Naxçıvanla Azərbaycanın qərb bölgələrini birləşdirəcək dəhlizin daha səmərəli və rentabelli istifadəsinə imkan verəcək”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Füzulidə beynəlxalq aeroportun inşa ediləcəyini bildirib.
"Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcək. Artıq göstəriş verilib və indi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaq. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir. Oradan Şuşaya məsafə də yaxındır", - deyə dövlət başçısı bildirib.