Bu dərmanlar xəstələrə pulsuz verilməlidir
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, 10 dövlət proqramı üzrə müəyyən qrup xəstələrə pulsuz dərmanlarla təmin olunması üçün dövlət büdcəsindən vəsait ayrılır.
"Xeberinfo.com": Bunlara “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “Yoluxucu xəstəliklərin immunoproflaktikasına dair Tədbirlər Proqramı”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”, “Şəkərli diabet üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə”, “Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi qaydası” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları”, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” daxildir.
“Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə həyatı vacib və digər dərman preparatlarının siyahısında 229 dərman və dərman preparatı var (Cədvəl 1).
“Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”na əsasən əhaliyə pulsuz verilən dərmanların siyahısında 17 adda dərman preparatı və tibbi təchizat vasitələri (TTV), 702 reaktiv, reagent və laborator ləvazimatlar var(Cədvəl 2).
“Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nda əhaliyə 60 dərman preparatı və TTV-nin, Hemodializ üçün 13, Periton dializ üçün 10 dərmanın, 130 reaktiv, reagent və laborator ləvazimatların pulsuz verilməsi nəzərdə tutulur(Cədvəl 3).
Yoluxucu xəstəliklərin immunoproflaktikasına dair Tədbirlər Proqramı”na əsasən əhaliyə 12 dərman preparatları və TTV pulsuz verilir (Cədvəl 4).
“Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”nda əhaliyə pulsu verilməli olan dərman ləzazimatlarının siyahısında 11 dərman preparat və TTV, 28 reaktiv, reagent və laborator ləvazimatların adı var(Cədvəl 5).
“Şəkərli diabet üzrə Dövlət Proqramı”nda 19 dərman preparatı və TTV-nin əhaliyə pulsuz verilməsi barədə göstəriş qeyd olunub (Cədvəl 6).
“Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə”yə əsasən 22 dərman preparatları və TTV-nin, 25 reaktiv, reagent və laborator ləvazimatlar əhaliyə pulsuz paylanmalıdır (Cədvəl 7).
“Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nda isə 27 dərman preparatı və TTV-nin, 59 reaktiv, reagent və laborator ləvazimatların əhaliyə pulsuz verilməli olduğu əksini tapıb (Cədvəl 8).
“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi qaydası”na əsasən 35 dərman preparatı və TTV, 14 reaktiv, reagent və laborator ləvazimatlar əhaliyə pulsuz verilir (Cədvəl 9).
“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”da isə əhaliyə 20 dərman preparatı və TTV-nin pulsuz verilməsi nəzərdə tutulur (Cədvəl 10).
Qeyd edək ki, Azərbaycanda stasionar tibb müəssisələrində müalicə olunan və imtiyazlı qruplara daxil olan xəstələr də dərman preparatları və tibbi ləvazimatları ilə təmin olunurlar. Ölkədə stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə isə 99 adda dərman preparatları pulsuz paylanılır.