Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Yunanıstan Bakıya meydan oxuyur, separatçılara yardım yollayır - FOTOLAR

 

 Yunanıstan Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağdakı terrorçu xuntaya yardım göndərir.

Yenixeber.org: Fransa, Yunanıstan və Serbiya kimi ölkələr Dağlıq Qarabağdakı separatçı rejimin “bayrağı” altında, humanitar yardım adı ilə beynəlxalq hüquqa zidd hərəkətlər edirlər.

“Sputnik Armeniya”ya bildirir ki, Yunanıstandan Xankəndinə “yardım”la dolu ilk təyyarə ötən ilin dekabrın 14-də İrəvandakı Zvartnos hava limanına enmişdi.

Ermənistanın Xarici İşlər Nazirliyi və Yunanıstanın İrəvandakı səfirliyinin yaydıqları rəsmi məlumata görə, ikinci təyyarədə guya gündəlik tələbat malları, tibbi avadanlıq və dərman preparatları, geyim və ərzaqlardır.

“Yardım Qarabağdakı savaşdan ziyan çəkmiş erməni ailələr üçün nəzərdə tutulur”, – açıqlamada deyilir.

“Yardım kampaniya”sının təşkilatçıları “Yunanıstanın Erməni Mavi Xaçı”, “Erməni Şəfqət xaçı” və Erməni Yardımları İttifaqı, habelə Yunanıstan hökuməti və Ermənistanın Afinadakı səfirliyidir.

Dekabrn 14-də İrəvana Afinadan gətirilmiş “yardım”ı Yunanıstan XİN-nin beynəlxalq əməkdaşlıq və inkişaf departamentinin rəhbəri Yorqos Larissis müşayiət etmişdi.

Göndərilən “humanitar yardım” hələ ki, İrəvandadır. Onun yaxın günlərdə Xankəndinə aparılacağı bildirilib. Lakin, Azərbaycan tərəfi qanunsuz səfərlərlə bağlı sonuncu xəbərdarlığı edib.

Yunanıstan belə xəbərdarlıqlara rəğmən “yardım”lar yollaması aşkar demarş sayıla bilər./milli.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam