Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə Ermənistana yardım edir? - Səfirlikdən açıqlama

Türkiyə Ermənistana yardım edir? - Səfirlikdən açıqlama
Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərməsi barədə məlumatlara münasibət bildirib.
Yenixeber.org: Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan bildirib ki, Türkiyə səlahiyyətliləri sadəcə 70-ə yaxın erməni vətəndaşın öz ölkələrinə qayıtmasını təmin edib.

"Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bundan başqa yardım yoxdur".

Qeyd edək ki, ötən gün bəzi Türkiyə KİV-ləri rəsmi Ankaranın Ermənistana dərman yardımı göndərəcəyi barədə məlumatlar yaymışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam