Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

200-dən çox konqresmen -Trampın istefasını tələb edir

200-dən çox konqresmen Trampın istefasını tələb edir
ABŞ Konqresinin 200-dən çox üzvü hazırkı Prezident Donald Trampın Kapitolidəki iğtişaşlardan sonra vəzifəsindən kənarlaşdırılmasının tərəfdarıdır.
Yenixeber.org: Bu barədə “NBC News” məlumat yayıb.

Trampın erkən istefasına çağıran konqresmenlərin demək olar ki, hamısı Demokrat partiyasını təmsil edir və ya müstəqildirlər. Eyni zamanda, Trampın vəzifəsindən kənarlaşdırılmasını dəstəkləyən yeganə respublikaçı İllinoysdan olan konqresmen Adam Kinzingerdir.

Xatırladaq ki, 6 yanvarda ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqresin binasına hücum ediblər. Həmin gün Konqresdə seçkilərin nəticələrinin təsdiqlənməsi üçün iclas keçirilirdi. İğtişaşlar nəticəsində dörd nəfər həlak olub. Vaşinqton meri Myuriel Bauzer komendant saatının tətbiqi barədə göstəriş verib.

Son məlumatlara görə, Trampın 55 tərəfdarına ittiham irəli sürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam